Volkan Dəmirəldən tarixi rekord

11:30 | 26.04.2015
Volkan Dəmirəldən tarixi rekord

Volkan Dəmirəldən tarixi rekord

Türkiyə millisinin əsas qapıçısı Vokan Dəmirəl tarixi rekorda imza atıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə yığması və "Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirəl son çıxdığı "Əskişəhir”ə qarşı oyunda tarixi uğur əldə edib. 

Bacarıqlı qapıçı "bülbüllər”in forması ilə 294-cü qarşılaşmasını keçirib. Bu isə komandanın sabiq qolkiperi Rüştü Rəncbərin keçirdiyi oyun sayına çatmaq deməkdir. 

Beləliklə, Volkan Dəmirəl Rüştü ilə birlikdə Türkiyə Super Liqasında "Fənərbaxça” formasını ən çox geyinən qapıçı olub. 

Qeyd edək ki, sözügedən oyunda Superliqanın lideri "Fənərbaxça" səfərdə "Eskişehispor"la bərabə qalaraq xal itirib - 1:1
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM