• $
  • €
  • ₽
  • ₺
  • £

Şahzadə Diananın naməlum şəkilləri üzə çıxdı

Şahzadə Diananın naməlum şəkilləri üzə çıxdı
11.08.2015 15:38
20-ci əsrin ən məşhur qadınlarından olan şahzadə Diananın bundan əvvəl heç yerdə görünməyən şəkilləri yayılıb. 

ANS PRESS-in məlumatına görə Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə çəkilən 14 ağ-qara və rəngli fotoşəkilləri hərraca çıxarılıb. 

Şəkillərdə şahzadə Çarlz və füsünkar gəlinlik paltarında olan şahzadə Diana Böyük Britaniya kraliçası ikinci Yelizaveta və kral ailəsinin digər üzvləri şahzadə Enn, Marqarita və Endryunun əhatəsində təsvir olunublar. Şəkil kolleksiyasının müəllifi britaniyalı fotoqraf Patrik Liçfildin köməkçisi olub.

Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolk qraflığında zadəgan ailəsində dünyaya gəlib. Gələcək həyat yoldaşı şahzadə Çarlzla İsveçrədə ali təhsilini başa vurduqdan sonra Londona qayıtdığı zaman tanış olub. 1981-ci ildə qurulan evlilik 1992-ci ildə başa çatıb. Şahzadə Çarlzla evlilikdən Uels şahzadəsinin iki oğlu şahzadə Uilyams və şahzadə Harri olub. 36 yaşlı Diana 1997-ci ildə avqustun 31-də Parisdə Pont de l'Alma tunelində baş verən yol qəzası nəticəsində həlak olub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol