• $
  • €
  • ₽
  • ₺
  • £

PKK ABŞ-ı Türkiyə ilə münaqişədə vasitəçiliyə çağırdı

PKK ABŞ-ı Türkiyə ilə münaqişədə vasitəçiliyə çağırdı
18.08.2015 15:48
"The Telegraph” qəzetinin yazdığına görə PKK-nın üç keçid həmsədrindən biri olan Cemil Bayık deyib ki, o, ABŞ-ın qarantiyası altında Türkiyə ilə atəşkəsə razıdır.

"The Telegraph” qəzetinin yazdığına görə Kürdüstan İşçi Partiyası - PKK-nın üç keçid həmsədrindən biri olan Cemil Bayık deyib ki, o, ABŞ-ın qarantiyası altında Türkiyə ilə atəşkəsə razıdır.

PKK kürd qiyamçı təşkilatının liderləri bu barədə ABŞ-la dolayısı ilə gizli danışıqlarda olduqlarını iddia ediblər.

Qəzetə verdiyi müsahibədə Bayık bildirib ki, Ankara ilə hər hansı birtərəfli atəşkəs variantını rədd edir.

Atəşkəs pozulandan bəri Türkiyə PKK ilə toqquşmalarda 20 polis və hərbçisini itirib.

"PKK marksist idi, pluralist olub”

Hazırda ABŞ və Avropa İttifaqı ölkələri PKK-nı terrorçu təşkilat hesab edirlər, lakin burası da var ki, bu təşkilat İraqdakı koalisiya qüvvələri ilə çiyin-çiyinə İslam Dövləti adlanan təşkilata qarşı vuruşub.

Suriyada İD-lə döyüşlərdə PKK-nın YPG qanadı iştirak edir.

Qəzet yazır ki, hər iki cəbhədə təşkilat özünü koalsiya qüvvələrinin ən etibarlı müttəfiqi kimi göstərə bilib.

"The Telegraph” müxbiri ilə naməlum dağlıq ərazidə görüşən Cemil Bayık deyib ki, İŞİD-lə döyüşməsi PKK-ya beynəlxalq münasibəti dəyişməkdədir.

PKK bildirir ki, o marksist təşkilat kimi qurulsa da, hazırda plüralist demokratiyanı dəstəkləyir.

Türkiyə İŞİD-dən çox PKK-nı bombalayır

Qəzet yazır ki, İncirlik hərbi bazasını ABŞ təyyarələrinin istifadəsinə verdikdən sonra Ankara da İŞİD üzərinə hava reydləri keçirir, lakin o, əslində PKK mövqelərinə daha çox raket zərbəsi endirib.

Türkiyə israr edir ki, onun PKK ilə atəşkəsi pozmasına səbəb polis və əsgərlərinin öldürülüməsi olub və o, öz sərhədlərini terrorçulardan qorumaq haqqına malikdir.

"The Telegraph” yazır ki, Türkiyənin bu bəyanatlarına baxmayaraq Vaşinqton rəsmiləri Ankaranın PKK təhlükəsinə belə çevik reaksiyasından təəcübləniblər.

Erdoğan atəşkəsi seçkiyə görə pozub?

PKK liderlərindən biri – Cemil Bayık isə Türkiyə prezidenti Recep Tayyip Erdoğanı partiyasının seçki məqsədlərinə görə iki illik atəşkəsi pozmaqda ittiham edib.

Bir sıra təhlilçilər düşünürlər ki, Erdoğan Türkiyədə növbədənkənar seçkilərin keçiriləcəyi halda millətçilərin səslərini AKP-yə cəlb etməyə çalışır və məhz buna görə də kürdlərin üzərinə hücumlar başlanıb.

Yeri gəlmişkən, AKP-nin parlament çoxluğu əldə etməsinə də kürdpərəst HDP-nin seçkilərdəki uğuru mane olub.

Cənab Bayık bildirib ki, Erdoğan PKK-nı cavaba sövq edən üsullara bilərəkdən əl atıb.

Amerika kürdləri itirsə…

PKK lideri həmçinin "The Telegraph” qəzetinə yeni atəşkəs üçün kürd tərəfinin şərtlərini də açıqlayıb.

Bu şərtlərə PKK mövqelərinin bombardmanının dayandırılması ilə yanaşı, təşkilatın hazırda həbsxanada olan başçısı Abdullah Ocalanla təmaslara icazə verilməsidir.

Cənab Bayık həmçinin Türkiyənin apardığı "polis əməliyyatlarının” dayandırılmasını tələb edib.

O deyib ki, Şimali İrlandiyada sülhün bərqərar edilməsində ABŞ-ın müstəsna rolu olub, lakin Türkiyə-PKK münaqişəsinə müdaxilə edib-etməmək qərarını Vaşinqtonun özü verməlidir.

"Əgər Amerika Türkiyənin siyasətini dəstəkləməkdə davam etsə, mümkündür ki, kürdləri itirsin, - deyib Bayık, - Əgər Amerika kürdləri itirsə, İŞİD-i məğlub etmək çətin olacaq”.

(Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol