• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada “Quran davası” qopdu

Almaniyada “Quran davası” qopdu
21.08.2015 15:26
Bu ölkəyə gəlmiş qaçqınların arasında Quran səhifələrinin cırılmasına görə baş verən toqquşmada 17 nəfər xəsarət alıb

Mərkəzi Almaniyadakı qaçqın sığınacaqlarından birində Quran üstündə başlamış dava-dalaş nəticəsində 11 miqrant və 6 polis nəfəri xəsarət alıb.

Polislə toqquşma

Xəbər verilir ki, Zul şəhərindəki sığınacaqda 20-dək miqrant 25 yaşlı əfqanı "Quranın vərəqlərini cıraraq ayaqyoluna tulladığı” üçün linçləməyə çalışıb. Sonradan mübahisəyə daha 100-dək qaçqın qoşulub. Bundan sonra hadisə yerinə 125 polis nəfəri göndərilib.

Mübahisəyə müdaxilə edən polis də hücuma məruz qalıb. Polis üzərinə daş-kəsək, beton parçaları atılıb. İğtişaşın yatırılması üçün 4 saat vaxt lazım gəlib.

Bu arada Almaniyada miqrant axını ilə bağlı ciddi problemlər yaşanmağa başlayıb. Berlin bildirib ki, bu il ölkəyə 800 min insanın sığınacaq ərizəsi verəcəyi gözlənilir.

Xəbər verilir ki, Avropaya gələn miqrantların yarıdan çoxu məhz Almaniyaya axışır.

Quranın vərəqlərini cıran polis nəzarətindədir

Zul şəhərinin yerləşdiyi Türingiyanın rəsmiləri bildiriblər ki, buradakı qaçqın sığınacağında problemin yaranmasına səbəb 1800-dək müxtəlif millət nümayəndələrinin bir düşərgəyə doldurulması olub. Halbuki bu bina 1200 nəfər üçün nəzərdə tutulub.

Türingiyanın baş naziri Bodo Ramelow deyib ki, müxtəlif millətlər arasında emosiyaların qızışmasını başa düşür, lakin heç kimin Quranla bu cür rəftarına haqq qazandırıla bilməz.

Sözü gedən əfqanın hazırda polis nəzarətində saxlandığı bildirilir. Onun dini kimliyi barədə məlumat verilmir.

Bu həftənin əvvəllərində ifrat sağçı təşkilatlar Zul şəhərində anti-İslam yürüşü keçiriblər. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol