• $
  • €
  • ₽
  • ₺
  • £

İran: Tehranda ABŞ səfirliyinin açılacağını gözləmək hələ tezdir

İran: Tehranda ABŞ səfirliyinin açılacağını gözləmək hələ tezdir
24.08.2015 12:16

Britaniyanın 4 illik fasilədən sonra Tehrandakı səfirliyinin təkrar açıldığı gün bəyanat verən İran xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, "ABŞ məsələsi" fərqlidir

Reuters agentliyinin məlumatına görə Britaniyanın 4 illik fasilədən sonra Tehrandakı səfirliyinin təkrar açıldığı gün bəyanat verən İran xarici işlər naziri deyib ki, ABŞ səfirliyinin də açılacağını gözləmək üçün hələ tezdir.

Bazar günü Britaniyanın xarici işlər naziri Philip Hammond öz ölkəsinin Tehrandakı səfirliyinin təkrar açılışında iştirak edib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif "Tehran indi artıq ABŞ səfirliyinin də bərpasına hazırdırmı” sualına cavab olaraq deyib ki, Birləşmiş Ştatların İrana "məntiqsiz münasibəti” Vaşinqtonun da eyni addımı atmağa hazır olmadığını göstərir.

"Görünür belə münasibətlərdə və davranışlarda ABŞ tərəfindən dəyişikliyə ehtiyac var. Odur ki, ABŞ məsələsi fərqlidir” – deyib nazir.

Köhnə yaralar

Tehrandakı ABŞ səfirliyi 1979-cu il İslam İnqilabının ilk günlərində, Mərkəzi Kəşfiyyat İdarəsinin əli ilə törədilmiş 1953-cü il çevrilişinin təkrar olunacağından ehtiyat edən tələbələr tərəfindən hücuma məruz qalmışdı.

O vaxt ABŞ diplomatları 444 gün girov saxlanmışdılar. O zamandan bəri iki ölkə arasında dipliomatik münasibətlər mövcud deyil.

İran Britaniyanın addımına cavab olaraq özünün Londondakı səfirliyinin tam missiyasını bazar günü bərpa edib.

İranla imzalanmış nüvə sazişi hazırda baxılmaq üçün ABŞ Senatına verilib.

Prezident Barack Obama bildirib ki, Senatın sazişi rədd edəcəyi təqdirdə özünün veto səlahiyyətindən istifadə edəcək. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol