• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli oldu

Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli oldu
29.08.2015 10:00
Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi elan edilib.

APA-nın məlumatına görə, Axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını  təqdim edən baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya  iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.
 
63-cü hökumətdə aşağıdakı şəxslərə nazir kreslosu verilib:
Baş nazir- Əhməd Davudoğlu
Baş nazirin müavini- Numan Kurtulmuş
Baş nazirin müavini- Tuğrul Türkeş
Baş nazirin müavini- Cevdet Yılmaz
Baş nazirin müavini- Yalçın Akdoğan
Daxili işlər naziri – Səlami Altınok
Xarici işlər naziri- Firidun Sinirlioğlu
Elm və sənaye  naziri- Fikri Işık
İnkişaf naziri  –Müslim Doğan 
İqtisadiyyat naziri- Nihat Zeybəkçi
Ətraf mühit və şəhərçilik naziri- İdris Güllücə
Gənclik və idman naziri- Akif Çağatay Kılıç
Meşəçilik və su işləri naziri- Veysəl Əroğlu
Milli təhsil naziri- Nabi Avcı
AB naziri- Ali Haydar Konca
Nəqliyyat, dənizçilik, kommunikasiya naziri - Firidun Bilgin
Ədliyyə naziri-Kənan  İpək
Maliyyə naziri-Məhmət Şimşək
Səhiyyə naziri- Məhmət Müəzzinoğlu
Gömrük və ticarət naziri- Cənab Aşçı
Mədəniyyət və turizm naziri- Yalçın Topçu
Enerji naziri- Əli Rza Alaboyun
Milli müdafiə naziri- Vəcdi Könül
Ailə və sosial siyasətlər naziri- Ayşən Gürcan
Əmək və sosial təminat naziri- Əhməd Ərdəm
Ərzaq, kənd təsəsrrüfatı və heyvandarlıq naziri- Kutbəddin Arzu
 
Qeyd edək ki, Türkitə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir. Yeni hökumətdə uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun  xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib. İstanbul baş polis idarəsinin rəisi Səlami Altınokun daxili işlər naziri vəzifəsinə gətirilməsi də hökumətin məqsədlərinə uyğun bir təyinat kimi qiymətləndirilib. Yaxın günlərə qədər Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan  Tuğrul Türkeş baş nazirin müavini vəzifəsinə, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib. Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir.
 
Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətinə nazir vermədiyinə görə, o partiyalara hökumətdə kreslo verilməyib. Kürd təmayüllü Halkların Demokrasi Partiyasını  (HDP)  isə hökumətdə 2 nazir təmsil edəcək: Avropa Birliyi naziri Əli Heydər Qönçə və İnkişaf naziri Müslüm Doğan. 60 və 61-ci hökumətlərdə milli müdafiə naziri vəzifəsi tutmuş, ancaq 7 iyunda millət vəkilliyinə namizəd olmamış Vəcdi Könül 63-cü hökumətdə yenidən milli müdafiə naziri vəzifəsinə təyin edilib.

Türkiyədə son hökumət 28 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulmuşdu.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol