• $
  • €
  • ₽
  • ₺
  • £

Məkkədə faciə: Xeyli sayda ölən var - YENİLƏNİB + FOTO

Məkkədə faciə: Xeyli sayda ölən var - YENİLƏNİB + FOTO
11.09.2015 21:49
Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.

Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.
 
 APA-nın məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb, dağıntılar altında qalanlar da var.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib. 

ANN.Az türk mediasına istinadən xəbər verir ki, ölənlər arasında bir nəfər Türkiyə vətəndaşı var. Bu barədə Türkiyə Dəyanət Vəqfi məlumat yayıb.

 



 

 

 
*** 

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib.

Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

ANS PRESS xatırladır ki, bu gündən zəvvarların ilk qrupu Heydər Əliyev Beynəlxalaq Hava Limanından yola salınıb. Zəvvarlar 40-50 nəfərlik qruplara bölünüblər. Onlara təlimatlar keçirilib.

Sentyabrın 15-ə qədər Azərbaycandan 2400 zəvvar xüsusi təyyarələrlə müqəddəs şəhərə yola düşərək Mədinə şəhərindən ziyarətlərini başlayacaqlar. Məkkədə bütün vacib əməlləri yeriən yetirdikdən sonra sentyabrın 29-dan etibarən hacılar geri yatmağa başlayacaqlar. Geri dönüş oktyabr ayının əvvəlinə kimi davam edəcək.


www.ann.az
 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol