• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya sərhədləri bağladı, Şengeni dayandırdı

Almaniya sərhədləri bağladı, Şengeni dayandırdı
14.09.2015 11:52
Beləliklə, Almaniya Avropadan sərbəst gediş-gəlişi təmin edən Şengen viza rejimini indilik dayandırıb.

Almaniya ötən bazar günü özünün Avstriya ilə sərhədini bağlayıb. Ölkəyə Avstriaydan gələn qatarlar dayandırılıb.

Berlin bildirir ki, artıq qaçqın axınının öhdəsindən gələ bilmir. Beləliklə, Almaniya Avropadan sərbəst gediş-gəlişi təmin edən Şengen viza rejimini indilik dayandırıb.

Daxili işlər naziri Thomas de Maizière deyib ki, qaçqınların qəbulu, qeydiyyatı və yerləşdirilməsi sistemi belə bir axının öhdəsindən gələ bilməz.

"Qaçqın ölkə seçə bilməz"

"Qaçqınlar yaşamaq istədikləri ölkəni özləri seçə bilməzlər, təəəssüf ki…” – deyib nazir. O bildirib ki, qaçqınlar hər bir Avropa ölkəsinin ölçü və imkanlarına görə bölüşdürüləcək.

Çexiya da Avstriya ilə sərhəddə nəzarəti gücləndirdiyini bildirir.

Müşahidəçilər deyirlər ki, bu hadisələr ötən həftəsonu Münhendə dəmir yolu vağzalında qaçqınların təntənəli qəbuluna bir sıra ölkədaxili qüvvələrin sərt reaksiyası ilə bağlıdır.

Der Spiegel yazır ki, kansler Merkel "Almaniya bütün suriyalıları qəbul edəcək” deyərkən, real axının belə nəhəng olacağını təsəvvürünə gətirməyib. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol