• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon Rusiya ilə müharibəyə hazırlaşır

Pentaqon Rusiya ilə müharibəyə hazırlaşır
20.09.2015 13:00
Amerika ordusu müasir reallıqları nəzərə alaraq Rusiyaya qarşı fəaliyyət planını yeniləməyə qərar verib. 

ANS PRESS-in məlumatına görə, beləliklə, soyuq müharibə illərində hazırlanan plan yenidən ön plana çıxıb və ​ABŞ Müdafiə Nazirliyi Rusiya ilə münasibətlərinin üzərindəki tozu silomək qərarına gəlib. Bu haqqda Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin bir neçə keçmiş və indiki əməkdaşına istinadən "Foreign Policy" agentliyi yazıb.

​"Bu iş üzrə hərəkət iki istiqamətdə aparılır", - deyə agentlik aydınlıq gətirib: ABŞ-in Rusiyaya qarşı fəaliyyəti NATO-nun çərçivəsində və ondan kənarda gerçəkləşdiriləcək.

Hər iki versiyada Rusiyanın ən çox ehtimal edilən cəbhə kimi Baltikyanı ölkələrə hərbi müdaxiləsi mümkün sayılır.

Agentliyin sözlərinə görə, Amerika hərbiçiləri dayanmadan proqnozlaşdırılan təhlükələrin yarana biləcəyi hallar üzrə fəaliyyət planı hazırlayırlar. Lakin bu planların prioritetləri müxtəlifdir. Rusiya ilə hərbi münaqişəyə hazırlıq Sovet İttifaqı dağıldıqdan sonra prioritet məsələ sayılmırdı. Elə buna görə də bu planlar arxa plana keçirilmişdi.

"Təhlükəsizlik baxımından yaranan gərgin vəziyyəti nəzərə alaraq, müəyyən olundu ki, bizə bu planları tamamlamaq vacibdirr. Bizim NATO-nun mütəffiqi olan ölkələrə mümkün təcavüzə qarşı hazır planımız var", - deyə ABŞ-ın müdafiə nazirliyinin yüksək rütbəli şəxsi agentliyə məlumatında bildirib. 

"Bu hərbi planlar yarana biləcək təcavüzə qarşı cavabı təşkil edəcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Soyuq müharibənin başa çatması və SSRİ-in dağılmasından sonrakı vəziyyət nəzərə alınaraq hazırlanmış əvvəlki planlar Qərb ölkələriylə Rusiyanın yaxınlaşmasını nəzərdə tuturdu. Xüsusilə də Çinlə eyni səviyyədə əsas təhlükə kimi baxılan terrorizmlə mübarizədə Rusiya ilə bir çox istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.

Agentliyin yüksək vəzifəli mənbələri bildiriblər ki, Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş verən həbi münaqişədən sonra NATO Rusiya ilə bağlı planlarında yüngül dəyişiklik edib. Lakin Pentaqon bu addımı atmayıb.

Yeni planlarda isə buna xüsusi diqqət yetirilir. Yeni metodlarda ənənədən kənar üsullara o cümlədən, Rusiyanın Krımda və Ukraynanın şərqində istifadə etdiyi hibrid müharibə taktikasına: "nəzakətli insanlar", idarə olunan etirazlar və kibermüharibələrə diqqət yetirilir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol