• $
  • €
  • ₽
  • ₺
  • £

"ABŞ-da müsəlman prezident ola bilməz"

"ABŞ-da müsəlman prezident ola bilməz"
21.09.2015 17:45
ABŞ-da prezidentliyə respublikaçı namizəd Ben Carson deyib ki, o ABŞ-da müsəlmanın prezident ola biləcəyinə inanmır

"Mən istəməzdim ki, biz bu ölkədə hakimiyyətə müsəlmanı gətirək. Mən belə bir şeylə qətiyyən razılaşmazdım” – deyib Ben Carson NBC-nin "Meet The Press” proqramına.

Hazırda ixtisası üzrə çalışmayan keçmiş neyrocərrah ictimai rəy sorğularında irəlidədir.

Ben Carson-un bu bəyanatından əvvəl respublikaçı namizədlər arasında lider Donald Trump "Barack Obama müsəlmandır” deyən bir tərəfdarının səhvini düzəltdmədiyinə görə kəskin tənqid olunurdu.

Lakin cənab Trump tənqidlərə cavab olaraq deyib ki, o cənab Obamanın müvəkkili deyil.

İslam ABŞ Konstitusiyasına uyarlı deyil

Ötən bazar günü milyarder Trump-ın ən güclü rəqibi Carson "müsəlmanlar prezidentlik üçün yararlı deyillər” deməklə xəbər başlıqlarına çıxıb.

O deyib ki, prezidentin dini ABŞ Konstitusiyasına uyarlı olmalıdır.

Obama-ya əvvəllər də müsəlman deyilib

Prezident Obama xristian olduğunu dəfələrlə qeyd edib.

Lakin Donald Trump onun bəyanatlarını ən çox şübhə altına alan opponentlərindən biri olub.

Trump 2011-ci ildə Obama-nın əslində Keniyada doğulduğunu iddia etmiş, onun doğum şəhadətnaməsinin açıqlanmasını istəmişdi.

O vaxt Barack Obama doğum şəhadətnaməsini açıqlamışdı.

NBC müsahibəsi zamanı prezident Obama-nın xristian olduğuna və Keniyada doğulmadığına inanıb-inanmadığı barədə suala Ben Carson bunlara şübhə etmək üçün əsasının olmadığını söyləyib.

Təhqirə yaxın tənqidlər

Amerikada keçirilən ən son rəy sorğularına görə Ben Carson respublikaçı namizədlər arasında ikinci yerdən üçüncü yerə sürüşüb.

Hazırda ikincilik Hewlett-Packard kompüter şirkətinin keçmiş rəhbəri xanım Carly Fiorina-dadır.

Digər namizədlər Fiorina-nı Hewlett-Packard-ın başçısı olarkən sanksiyaları pozmaqda və İranla alış-verişdə ittiham edirlər.

Donald Trump namizəd Jeb Bush-un immiqrasiya siyasətinin yumşaqlığını onun həyat yoldaşının əslən meksikalı olması ilə izah edib. Keçmiş prezidentin qardaşı Trump-dan xanımı qarşısında üzr istəməsini tələb edib.

Lakin Donald Trump özünün dediyi kimi qadınlardan və ya qadınlara görə heç vaxt üzr istəmir. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol