• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıstan rəhbəri Ramazan Abdulatipov: “Qonşumuz İlham Əliyev sağ olsun...”

Dağıstan rəhbəri Ramazan Abdulatipov: “Qonşumuz İlham Əliyev sağ olsun...”
22.09.2015 17:29
Dağıstan rəhbəri Ramazan Addulatipov Dərbəndin 2000 illik yubileyi mərasimlərində çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, Abdulatipov çıxışında bu yubileyə görə ilk növbədə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

"Hansı ki, Dərbəndə gəlişindən sonra öz fərmanı ilə şəhərin 2000 illiyinin keçirilməsinə dair fərman verdi. Qeyd etməliyəm ki, Dərbənd öz uzun tarixi boyu ilk dəfədir yubileyini keçirir. Rusiya prezidenti öz fərmanı ilə bizi işləməyə və Dərbəndi abadlaşdırmağa məcbur etdi”- deyə Abdulatipov bildirib.

Dağıstan rəhbəri deyib ki, indi hamı Dərbəndin yaşı barədə mübahisə etməyi xoşlayır. Çünki Dərbəndin tarixi o qədər qədimdir ki, onun yaşı barədə mübahisə etmək asandır.

"Bu məsələyə Putin aydınlıq gətirdi. Qeyd etdi ki, Dərbənd yaşayış məskəninin 5 min il, Dərbənd şəhərinin isə 2 min il yaşı var”- Abdulatipov deyib.

Dağıstan rəhbəri çıxışında Dərbədin yubileyi üçün hazırlıq işlərində əməyi olanlara adbaad təşəkkür edib. Habelə Dərbənddə abadlıq işləri üçün xeyli vəsait ayıran Azərbaycan prezidentinə ayrıca təşəkkür bildirib.

"Qonşularımız sağ olsun: Ramzan Kadırov və Azərbaycan prezidenti İlham Əliyevə Dərbənddə gördükləri böyük işlər üçün sağ ol deyirəm”- deyə Dağıstan rəhbəri bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol