• $
  • €
  • ₽
  • ₺
  • £

“ABŞ Suriya məsələsində Rusiya ilə işləməyə hazırdır”

“ABŞ Suriya məsələsində Rusiya ilə işləməyə hazırdır”
23.09.2015 23:00
Dövlət katibi John Kerry bildirib ki, ABŞ Suriyadakı dördillik müharibənin başa çatdırılması istiqamətində Rusiya ilə işləməyə hazırdır

ABŞ-ın dövlət katibi John Kerry bildirib ki, Rusiyanın Suriyadakı fəaliyyətləri onun orada özünə məxsus qüvvələri müdafiə etmək məqsədi güddüyünü göstərir.

Cənab Kerry-nin bu bəyanatı ərəfəsində Rusiyanın Suriyada əlavə bazalar salmaq niyyəti barədə xəbərlər yayılmışdı.

Rusiyanın Suriyaya artmaqda olan hərbi yardımı Vaşinqtonu narahat edir, lakin dövlət katibi John Kerry bildirib ki, ABŞ Suriyadakı dördillik müharibənin başa çatdırılması istiqamətində Rusiya ilə işləməyə hazırdır.

O Rusiya prezidenti Vladimir Putini münaqişənin diplomatik yolla həllində konstruktiv rol oynamağa çağırıb.

Kerry: Rusiya Suriyada özünümüdafiə qurur

Bununla belə, cənab Kerry Putinin Suriya prezidentinə verdiyi dəstəyi tənqid edib və bildirib ki, bu, əcnəbi döyüşçülərin Suriyaya axışmasını stimullaşdıran əsas faktordur.

Bu arada "The Wall Street Journal” qəzeti yazıb ki, yeni peyk fotoları Rusiyanın Suriyada Aralıq dənizi sahili boyunca hərbi fəallığının artırdığını göstərir.

Bu fotolarda Rusiya qırıcı təyyarələrinin görünməsi Moskvanın münaqişədə daha təcavüzkar rol oynaya biləcəyinə şübhələr yaradıb.

"İndilik, bizim hərbçilərimizin və ekspertlərimizin fikrincə, bu qüvvənin, səviyyə və tip baxımından əsasən müdafiə qüvvəsi olduğu görünür” – deyib John Kerry.

Bununla yanaşı o qeyd edib ki, Rusiyanın Suriyadakı uzunmüddətli niyyətinin nə olduğu naməlum qalır.

ABŞ Suriya çözümünə Tehranı da çağırıb

Dövlət katibi deyib ki, əgər Rusiya Suriyada Assadı möhkəmləndirmək və onun danışıqlara gəlməsinə maneçilik törətmək üçün fəaliyyət göstəririsə, bu, problem yaradacaq.

İndiyədək BMT-nin himayəsi altında Suriya müxalifətinin keçid hökuməti barədə danışıqları iflasa uğrayıb.

İndi isə İslam Dövləti adlanan təşkilatın fəallığının artması, Avropanın qaçqın böhranı ilə üzləşməsi münaqişəyə tez bir zamanda çözüm tapılmasını tələb edir.

Qərb, Rusiya və Yaxın Şərq diplomatlarının Suriya ilə bağlı təxirəsalınmaz tədbirləri BMT-nin gələn həftə keçiriləcək Baş Assambleyasının kuluarlarında müzakirə edəcəkləri gözlənilir.

John Kerry Suriya münaqişəsinin danışıqlar yolu ilə çözümünə Moskva ilə yanaşı Tehranı da dəvət edib. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol