• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya “İslam Dövlətinə” qarşı birgə mübarizə aparılmasını istəyir

Rusiya “İslam Dövlətinə” qarşı birgə mübarizə aparılmasını istəyir
28.09.2015 20:15
 Rusiya prezidenti Vladimir Putin İslam Dövləti (İD) qruplaşmasına qarşı regional "əlaqələndirmə strukturu”nun yaradılmasına çağırıb.

Cənab Putin Suriya prezidenti Bəşər Əl-Əsədə dəstəyini təkrarlayıb. Qərb ölkələri və Suriya müxalifəti isə cənəb Əsədin hakimiyyətdən getməsini tələb edir.

Böhranın dünya liderlərinin BMT assambleyasında görüşü zamanı əsas müzakirə mövzusu olacağı gözlənilir.

Cənab Putin ABŞ prezidenti Barack Obama ilə görüşərək məsələni müzakirə edəcək.

Rusiyanın keçən il Krım yarımadasını Ukraynadan ilhaq etməsi və separatçı üsyançılara dəstəyi üzündən, Moskva ilə Qərb arasında münasibətlər gərginləşib.

Bundan başqa Britaniya baş Naziri David Cameron-un çıxışı zamanı cənab Əsədə qarşı mövqeyinin yumuşalacağı da gözlənilir.

Onun BMT Baş Assambleyasının illik toplantısında, cənab Əsədin keçid hökumətinin başında müvəqqəti qalmasına razılaşacağı bildirilir.

Cənab Cameron əvvəllər, istənilən sülh danışığının tərkib hissəsi kimi, Əsədin hakimiyyətdən getməsini tələb edirdi. Cənab Putin isə bu fikrə qarşı çıxır.

Bu arada cənab Əsədin əsas müttəfiqi olan İran prezidenti Həsən Ruhani bildirib ki, İD silahlılarının məğlubiyyəti üçün Suriya hakimiyyəti "zəiflədilməməlidir”.

Avropa liderləri kütləvi miqrant axınının baş verdiyi ərəfədə Suriyada diplomatik razılığın əldə olunmasına səsələyir.

Münaqişəyə diplomatik həll yolu tapılması aktuallığ həmçinin Rusiyanın Əsəd hökumətinə dəstək üçün Suriyada hərbi möhkəmlənməsinə gətirib çıxarıb.

Bazar günü isə İraq İD-nə qarşı mübarizə aparmaq üçün Rusiya, İran və Suriya ilə əməkdaşlıq razılaşmasını imzaladığını bildirib.

CBS televiziyasına müsahibəsində cənab Putin bildirib ki, Suriya prezident qoşunları "orada yeganə legitim ordudur”.

O həmçinin bildirib ki, "Rusiya terrorçulara qarşı birgə mübarizə üçün ümumi zəmin tapılmasından məmnun olardı”.

ABŞ dövlət katibi John Kerry isə bildirib ki, "cəhdlər hələ ki əlaqələndirilməyib” və ABŞ "hansı addımların atılmalı olduğundan narahatdır”.

Bazar günü Fransa bildirib ki, onlar Suriyadakı İD silahlılarına qarşı ilk hava hücumlarını keçiriblər və təlim düşərgəsini məhv ediblər.

ABŞ-ın başçılıq etdiyi koalisiya isə Suriya və İraqdakı İD silahlılarına qarşı bir ildən çoxdur ki, hava hücumlarını həyata keçirir.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından bəri 200 mindən çox insan həyatını itirib və İslam Dövləti qruplaşması 2014-cü ildə ölkədə geniş əraziləri ələ keçirib.

İndiyə qədər təxminən dörd milyon suriyalı ölkəni tərk etməyə məcbur olub. Onlardan əksəriyyəti Türkiyə, Livan və İordaniyadadır. //bbc.com/azeri

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol