• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya “dilinin bəlasına” düşüb?

Rusiya “dilinin bəlasına” düşüb?
30.09.2015 15:50
Fransa Rusiyanı vədinə əməl edərək İslam Dövləti qruplaşmasına qarşı real zərbələr endirməyə çağırıb

Reuters agentliyinin xəbərinə görə, ABŞ-ın təşəbbüsü və dövlət başçılarının iştirakilə Nyu Yorkda keçirilən antiterror sammitində Fransa Rusiyanı Suriyada İslam Dövləti silahlılarına zərbə endirəcəyi barədə sözlərinə sahib olmamaqda günahlandırıb.

Rusiya sammitə dəvət alsa da, bu görüşə qatılmayıb. Moskva bildirib ki, antiterror sammiti yalnız BMT-nin sədrliyi ilə keçirilə bilər.

Fransanın xarici işlər naziri Laurent Fabius deyib ki, "Moskva İslam Dövlətinə mediada yox, reallıqda zərbə endirməlidir”.

Fransa: "Ruslar çox danışırlar…”

Cənab Fabius bəyan edib ki, "ruslar çox danışırlar, lakin İslam Dövlətinə qarşı bir təyyarə reydi də keçirməyiblər”.

Suriyaya artıq döyüş təyyarələri və ağır hərbi texnika göndərmiş Rusiya, Suriya prezidenti Bashar al-Assadı dəstəklədiyini bildirir. Moskva bunu onunla izah edir ki, hazırda İŞİD-ə qarşı real olaraq döyüşən Bashar al-Assad hökumətinin qüvvələridir.

ABŞ və Qərb müttəfiqləri isə bu qənaətdədirlər ki, Suriyada hazırkı prezidentin qısa müddətdə hakimiyyətdə qalmasını qəbul etmək olar, lakin o, heç bir siyasi keçiddə iştirak etməməlidir.

Qərb bildirir ki, Bashar al-Assada qarşı İŞİD-lə yanaşı Suriya qiymaçıları da döyüşürlər və onlar indiki prezidentlə heç bir sövdələşməyə girmək niyyətində deyillər.

"P5+1-ə bənzər koalisiya”

Təhlilçilər ehtimal edirdilər ki, elə bu yaxınlarda İranla nüvə sazişi əldə etmiş kiçik beynəlxalq birlik, Suriyada İŞİD-ə qarşı da bir növ "yeni P5+1”-ə bənzər koalisiya təşkil edə bilər.

Lakin çətinlik bundan ibarətdir ki, Assad-ı İŞİD-lə yanaşı Suriya qiyamçıalrından da qorumalı olan Rusiya, istər-istəməz Qərb tərəfindən dəstəklənən müxalifətlə üz-üzə qala bilər.

Analitiklərin fikrincə, Assad-ı və öz hərbi bazasını müdafiə etməyə çalışan Rusiya Suriyada İŞİD-lə təkbətək qalmaq istəmir.

Rusiya prezidenti Vladimir Putin bir daha təkrar edib ki, Moskvanın Suriyaya quru qoşunları göndərməsindən söhbət belə gedə bilməz.

Moskvadan alınan xəbərlərə görə, Rusiyada keçirilmiş ən son rəy sorğusu göstərib ki, əhalinin 60 faizindən çoxu ölkənin daha bir müharibəyə daxil olmasının əleyhinədir.

Rusiya İŞİD-lə üzbəüz qalmaq istəmir

Şərhçilər qeyd edirlər ki, belə bir variant heç Kremli də qane etmir, çünki Əfqanıstandakı uğursuzluq hələ yaddaşlardan silinməyib.

Məhz buna görə də Rusiya Suriyada Qərblə hər hansı bir şəkildə koalisiyada olmağa can atır.

Prezident Putin Barack Obama ilə görüşündən sonra bildirib ki, Moskva İŞİD-ə qarşı zərbələrin endirildiyi dövrdə Suriyanın özündə müəyyən siyasi islahatların keçirilməsinə kömək edə bilərdi.

Prezident Obama Nyu-Yorkda keçirilən sammitdə qəti şəkildə bildirib ki, Assad-ın Suriyada heç bir siyasi gələcəyi yoxdur, beləki BMT onu hərbi cani adlandırıb və suriyalıların qiyamçılara və hətta İŞİD-ə qoşulmasının əsas səbəbi də odur.

Başqa bir ələvi

Bir sıra ABŞ siyasətşünasları bildirirlər ki, Assad məsələsində hətta İranla da sövdələşmək mümkündür, çünki Rusiyadan fərqli olaraq Tehranı Assadın postunda hər hansı başqa ələvi də qane edə bilərdi.

Rusiya BMT Baş Assambleyasından sonra keçirilmiş saamitdən ümumən narazı qalıb və Moskvanın BMT Təhlükəszilik Şurasındakı elçisi Vitali Churkin görüşü "rüsvayçılıq” adlandırıb.

O deyib ki, Suriya məsələsi onsuz da Təhlükəsizlik Şurasında müzakirə ediləcək və ondan əvvəl keçirilən hər hansı sammit tamamilə yersiz idi.

Rusiya həmçinin Fransanı BMT TŞ-nin icazəsi olmadan Suriyada hava reydlərinə başladığına görə tənqid edib. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol