• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalist döyülərək xəstəxanaya çatdırıldı

Tanınmış jurnalist döyülərək xəstəxanaya çatdırıldı
01.10.2015 10:23
Həyati təhlükəsi olmayan Hakanın müalicəsi "Amerikan” xəstəxanasında davam edir.

Türkiyənin tanınmış jurnalisti Əhməd Hakan bu gecə hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, işdən qayıdaraq İstanbulun Nişantaşı məhəlləsindəki evinə gedən Hakan avtomobildən düşdükdən sonra arxadan gələn 4 nəfər tərəfindən döyülüb. Hücum zamanı xəsarət alan Əhməd Hakan sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Həyati təhlükəsi olmayan Hakanın müalicəsi "Amerikan” xəstəxanasında davam edir. 

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir. 

Hadisəni törədənlərin şəxsiyyəti naməlum olsa da, jurnalistin bir gün əvvəl sosial şəbəkədə hədələndiyi bildirilir. 



Jurnalist Hilal Kaplan öz twitter səhifəsində Əhməd Hakanın Türkiyənin keçmiş media maqnatlarından olan Cem Uzan tərəfindən hədələndiyini, bunun üstündən 1 sutka keçmədən hücuma məruz qaldığını qeyd edib. 

"Hürriyet" qəzeti isə Əhməd Hakanın AKP millət vəkili Əbdürrəhim Boynukalın tərəfindən təhdid olunduğunu, vəkilinin artıq məsələ ilə bağlı hüquqi instansiyalara müraciət etdiyini yazıb. 

Əhməd Hakan "CNN Türk” kanalında "Tərəfsiz bölgə” proqramının aparıcısıdır və bu kanalın mənsub olduğu media qrupuna aid "Hürriyet” qəzetində köşə yazarıdır. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol