• $
  • €
  • ₽
  • ₺
  • £

Suriya: ABŞ və Rusiya arasında “təhlükəli” gərginlik yaranıb

Suriya: ABŞ və Rusiya arasında “təhlükəli” gərginlik yaranıb
01.10.2015 20:45

Pentaqon və NATO bildiriblər ki, Rusiya təyyarələri İŞİD-i yox, prezident Assada qarşı döyüşən qərbyönlü qiyamçıların nəzarətində olan ərazini hədəfləyib

Pentaqon və NATO bildiriblər ki, Suriyada hava zərbələrinə başlayan Rusiya təyyarələri İŞİD-i yox, prezident Assada qarşı döyüşən qərbyönlü qiyamçıların nəzarətində olan ərazini hədəfləyib.

Rusiya müdafiə rəsmiləri Rusiya hərbi təyyarələrinin 20-dək reyd keçirdiyini bildirblər.

Lakin ABŞ bəyan edib ki, Rusiya Assad-a qarşı döyüşən, lakin İŞİD-ə daxil olmayan qiyamçıların nəzarətində olan ərazilərə zərbələr endirib.

NATO bunu da bildirir ki, Rusiya öz hava missisyalarını ABŞ koalisiyası ilə kifayət qədər əlaqələndirməyib. Moskva Vaşinqtona bombardmana bir saat qalanda xəbər verib.

Pentaqon bildirir ki, ruslar bu xəbərlə ABŞ-ın Bağdaddakı səfirliyinə gəliblər və Amerika təyyarələrinin Suriya üzərindəki uçuşları dayandırmasını istəyiblər.

ABŞ hərbiyyəsi bu tələbə əhəmiyyət verməyib və uçuşları davam etdirib. 

Moskva şərti pozub

ABŞ-dan alınan xəbərlərdə deyilir ki, Rusiya qırıcı-bombardmançıları Homs və Hama əyalətindəki antihökumət qiyamçılarının olduğu ərazini vurub.

Suriya müxalifəti dinc əhali arasında ciddi tələfat olduğunu bildirir. ABŞ bu xəbərlər barədə hələlik heç bir şərh verməyib.

Bunun tam əksinə olaraq, Rusiyanın Müdafiə Nazirliyi İslam Dövləti adlanan təşkilatın kommunikasiyalarına, silah anbarlarına və yanacaq bazalarına zərbə endirildiyini bildirib.

Suriya müxalifəti bildirir ki, Rusiyanın hərbi təyyarələri Zəfərane, Rastan və Talbise qəsəbələrini bombardman ediblər və nəticədə 36 mülki şəxs həlak olub. Onların arasında uşaqların da olduğu xəbər verilib.

ABŞ dövlət katibi John Kerry bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyanın yalnız İD və əl-Qaeda mövqelərini hədəfləməsinə razılıq vermişdi.

ABŞ müdafiə naziri Ashton Carter də bildirib ki, Rusiya təyyarələri İD qruplaşmasının olmadığı yerləri vurub.

Rusiya ABŞ, Türkiyə, Səudiyyəyə qarşı

Məsələni mürəkkəbləşdirən budur ki, Rusiyanın vurduğu iddia edilən qruplaşmalardan bəziləri ABŞ və Türkiyə tərəfindən dəstəklənir. Bunların arasında Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənənləri də var.

Bu hücumlardan əvvəl Rusiya parlamenti Vladimir Putinə Rusiya qoşunlarından ölkə xaricində istifadə etmək icazəsi verib.

Lakin Putin Rusiyanın Suriyaya quru qoşunları göndərməyəcəyini bir daha vəd edib.

Rusiya prezidenti həmçinin bildirib ki, Bashar al-Assad-ın müxalifətlə danışıqlara başlayacağı gözlənilir.

Rusiyanın dövlət televiziyası Moskvanın "yenidən superqüvvə kimi dünya meydanına qayıtdığını” elan edən proqramlar yayınlayıb.

ABŞ dövlət katibi John Kerry hava zərbələri ilə əlaqədar Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edib və Vaşinqtonun narazılığını bildirib. O yaranmış vəziyyəti "son dərəcə təhlükəli” adlandırıb.

Kerry Obama ilə, Lavrov Putinlə danışacaq

Son saatlarda alınan xəbərlərə görə Sergei Lavrov və John Kerry BMT-də mətbuat konfransı keçiriblər.

Cənab Lavrov bildirib ki, Rusiya və ABŞ hərbçiləri "mümkün qədər tezliklə” Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüşəcəklər.

John Kerry əlavə edib ki, bu danışıqlar sabah (bugün) keçirilə bilər.

O deyib ki, Lavrovla bir sıra məsələləri müzakirə edib və indi Lavrov təcili olaraq Moskvaya, Putinlə, onun özü isə Vaşinqtona Barack Obama ilə məsləhətləşmələrə gedəcək.

Dövlət katibi bildirib ki, Moskva və Vaşiqnton arasında əldə olunmuş razılaşmaya əsasən Suriya bütöv və dünyəvi ölkə kimi qalmalıdır. /Azadliq.org


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol