• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: “Biz nəzakətli adamlarıq, çağırmasalar gəlməzdik”

Lavrov: “Biz nəzakətli adamlarıq, çağırmasalar gəlməzdik”
02.10.2015 14:00
Suriya qiyamçıları Rusiya təyyarələri tərəfindən vurulduqlarını deyirlər, Rusiya isə Suriyadakı hava zərbələrini müdafiə edib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bəyan edib ki, Rusiya təyyarələri ABŞ koalisiyasının hədəflədiyi "terrorçuları” vururlar.

Cənab Lavrov Rusiya aviasiyasının əsas məqsədinin prezident Assad-ı gücləndirmək olduğunu inkar edib.

Lakin ABŞ rəsmiləri Rusiya təyyarələrinin Qərb tərəfindən dəstəklənən Suriya müxalifətinin mövqelərinə zərbələr endirdiyini bildirirlər. Onlar hətta ABŞ-ın müxalifət üçün yaratdığı təlim düşərgəsinin vurulduğunu bildiriblər.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, əgər Rusiya həqiqətən də İslam Dövləti adlanan təşkilatla döyüşmək niyyətindədrisə, koalisiyaya töhfə verməlidir.

Rusiyanın Müdafiə Nazirliyi beş məntəqəyə və İD qruplaşmasıənın Cisr əl-Şüğur komanda postunaraket zərbələrinin endirildiyini bildirib.

"Və başqa terrorçular”a zərbələr

Moskva bəyan edir ki, bu münaqişədə Suriya hökumətinin ricası ilə iştirak edir və ölkənin böyük ərazilərini ələ keçirmiş İD və "başqa terrorçu qruplaşmalara” zərbələr endirir.

ABŞ rəsmiləri bunun tam əksini iddia edirlər. Onlar deyirlər ki, Rusiya prezident Assad-a qarşı döyüşənləri təqib edir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov öz növbəsində bu iddiaları rədd edib və Nyu Yorkda etdiyi çıxışda Rusiya təyyarələrinin yalnız əl-Qaedaya bağlı Nüsrə Cəbhəsinin mövqelərini bombardman etdiyini söyləyib.

"Biz öz xalqına qarşı vuruşan heç kəsi dəstəkləmirik, - deyib Lavrov, - Biz terrorla döyüşürük”.

Müxalif Azad Suriya Ordusuna gəlincə isə, Lavrov deyib ki, bu qruplaşma müxalifətdirsə, siyasi prosesdə iştirak etməlidir.

Lavrov-un ritorikası

"Biz nəzakətli adamlarıq, dəvət olunmasaq, gəlmirik” – deyib Lavrov.

Rusiya xarici işlər naziri Moskvanın İraqdakı mövqelərə də zərbə endirəcəyi barədə iddiaları qətiyyətlə inkar edib.

Bir sıra təhliçilər bildirirlər ki, vəziyyət kifayət qədər birmənalıdır. Rusiya Assad-a qarşı olan bütün qüvvələri, ABŞ və Qərb tərəfindən dəstəklənənlər də daxil olmaqla, hədəf elan edib.

Rusiya dövlət televiziyası bu qruplaşmaları artıq terrorçu elan edib.

ABŞ analitikləri deyirlər ki, belə bir vəziyyətdə Qərblə Rusiya arasında raket zərbələrinin heç bir əlaqələndirilməsindən söhbət gedə bilməz.

Daha cəsarətli təhlilçilər ümumiyyətlə, ABŞ və Qərbin bu münaqişəyə indi olduğundan daha artıq qarışmayacağını proqnozlaşdırırlar.

Rusiya üçün daha bir Əfqanıstan?

Politico jurnalı yazır ki, Rusiya az-çox döyüş qabiliyyəti olan Assad ordusu ilə müttəfiqdir və təəssüf ki, Qərbin Suriya müxalifətinə dəstəyi indiyədək səmərəsiz olub.

Tufts Universitetinin professoru Daniel Drezner deyir ki, hazırkı vəziyyətdə Rusiya Suriyada ən güclü xarici oyunçudur.

Lakin professor Drezner tələsməməyə çağırır. O deyir ki, Rusiyanın Suriyada sabitliyi bərpa edəcəyini indidən bilmək olmaz.

"Putinin dırmaşdığı ağac"

Təhlilçilər bildirirlər ki, Qərb Suriyadan çəkilərsə, Rusiya başqa regional oyunçular, o cümlədən Türkiyə, Səudiyyə və bütün sünnilərlə təkbətək qalacaq.

"The New York Times” qəzetinin sütun yazarı Thomas Friedman bildirir ki, "Putinin indi dırmaşdığı ağacdan düşə bilməsi” üçün yeganə çarəsi ABŞ və Qərblə birlikdə Suriyadakı münaqişəyə siyasi həll yolu tapmaq olacaq. Bu isə, bütün hallarda Assad-ın getməsi deməkdir.

Bir çox təhlilçilər bildirirlər ki, əks halda Putin Rusiya üçün ikinci Əfqanıstanı əldə etmiş olacaq. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol