• $
  • €
  • ₽
  • ₺
  • £

Qırğızıstan “demokratik seçki" keçirdiyini elan etdi

Qırğızıstan “demokratik seçki" keçirdiyini elan etdi
05.10.2015 14:36
Müşahidəçilər bildirirlər ki, Qırğızıstan avtoritar Mərkəzi Asiyada güclü parlamenti olan yeganə ölkədir.

Qırğızıstanda ötən bazar günü keçirilmiş parlament seçkisində moskvayönlü prezident Almazbek Atambayevin Sosial-Demokrat Partiyası qalib gəlib.

Yeni parlamentə daha beş siyasi partiyanın nümayəndələri seçiliblər.

Sosial-demokratlar seçicilərin 27 faizinin səslərini qazana biliblər.

İkinci yerdə olan millətçi Respublika Ata Yurt Partiyası səslərin 20 faizinə sahib olub.


Xarici agentliklərin xəbərlərində deyilir ki, əsasən regional xüsusiyyətlərinə görə bölünmüş siyasi partiyaların namizədləri konkret platformaya malik deyildilər.

Bununla belə, heç bir siyasi partiyanın parlament çoxluğu olmadığına görə ölkədə Rusiyaya rəğbətli koalisiya hökumətinin yaradılacağı gözlənilir.

Yeni hökumət ölkənin qarşısında duran dərin maliyyə-iqtisadi böhranla üzləşməli olacaq.

Qırğızıstanda inflayasiya artır, Rusiyada işləyən yüz minlərlə miqrantın evə göndərdiyi pullar azalır.

Bütün partiyalar rusiyayönlüdür

7 faizlik parlament üzvlüyü baryerini keçmiş qalan dörd partiya da Rusiya oriyentasiyalıdır.

Son nəticələrə görə, Onuquu (Tərəqqi) Partiyası 12 faiz, Bir Bol və Ata Meken partiyaları isə 10 faiz səsə sahib olublar.

Müşahidəçilər bildirirlər ki, Qırğızıstan avtoritar Mərkəzi Asiyada güclü parlamenti olan yeganə ölkədir.

Qırğız təhlilçilərdən Marat Kazakpayev AFP-yə deyib ki, "Biz müasir inkişaf etmiş demokratiyalar kimi seçki keçirməyə qabil olduğumuzu sübut etdik”.

Buna baxmayaraq, Kazakpaev yeni parlamentin tərkibindən narazıdır. Onun fikrincə köhnə, korrupsiyalı elita hakim mövqeyini saxlayıb.

Seçkini ATƏT-in 300 müşahidəçisi izləyib. Təşkilat bu gün az sonra bəyanatla çıxış edəcək. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol