• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Rusiyaya sərt etiraz: Vurulacaq!

Türkiyədən Rusiyaya sərt etiraz: Vurulacaq!
05.10.2015 13:00
Ankara fakta çox sərt etirazını bildirərək eyni hal təkrarlanarsa, Rusiya təyyarəsinin vurulacağını bəyan edib

Suriyada hərbi əməliyyat keçirən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrdən biri Türkiyə dövlətinin hava məkanını pozub.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi faktla bağlı sərt bəyanatla çıxış edib. Bəyanatda bildirilir:
 
"Rusiya Federasiyasına məxsus bir hərbi təyyarə oktyabrın 3-də saat 12.08-də Yayladağı (Hatay) bölgəsinin güneyində hava sahəmizi pozub. Bölgədə uçuş həyata keçirən iki ədəd "F-16” təyyarəmiz tərəfindən müdaxilə edilməsi nəticəsində rus təyyarəsi Türkiyə hava məkanını tərk edərək Suriyaya keçib. Hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri nazirliyimizə çağırılaraq pozuntu faktına güclü şəkildə etiraz bildirilib, bu cür hallara yol verməmək tələb edilib, əks təqdirdə, baş verə biləcək arzuedilməz bir hadisəyə görə Rusiya Federasiyasının məsuliyyət daşıyacağı onun nəzərinə çatdırılıb”.
 
Açıqlamada deyilir ki, Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq məsələ ilə bağlı eyni mövqeni təkrarlayıb və Ankaranın etirazını ifadə edib: "Hörmətli nazirimiz ABŞ, İngiltərə, Fransa, İtaliya xarici işlər nazirləri ilə məsələni müzakirə edib. NATO baş katibi və Almaniyanın xarici işlər naziri ilə də müzakirə aparılacaq”.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol