• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: “Putinin məni üstələdiyi haqda fikirlərə insanlar necə inanır..”

Obama: “Putinin məni üstələdiyi haqda fikirlərə insanlar necə inanır..”
05.10.2015 16:30
"Rusiya öz rəhbərliyinin fəaliyyəti nəticəsində daha güclü hala gəlmir, sadəcə, daha böyük diqqət və mənfi reputasiya qazanır”

"Rusiya Federasiyasının milli lideri Vladimir Putinin fəaliyyəti Rusiyanın beynəlxalq oyunçu kimi mövqelərinin yalnız zəifləməsinə aparır. Onun həyata keçirdiyi işlər Rusiya üçün heç də yaxşı olmayan reputasiyanın yaranmasına səbəb olub”.  
 
APA-nın "news.liga.net” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinin beynəlxalq siyasətdə onu üstələdiyi barədə suala cavab verərkən deyib. "Məni təəccübləndirən odur ki, insanlar buna necə inanır, həm də təkcə mənim tənqidçilərim yox”, - deyə Obama söyləyib. O xatırladıb ki, 2008-ci ildə ABŞ prezidenti seçilərkən ölkə dünya üzrə baş verən ciddi maliyyə böhranının nəticələrini yaşayırdı və eyni anda demək olar ki, təkbaşına iki müharibədə iştirak edirdi: "Həmin vaxt Amerikanın mövqeləri təxminən Rusiya ilə eyni, Çindən isə aşağı idi. Ölkədə iş yerlərinin sayı ayda 800 min azalırdı. Putin hakimiyyətə gələndə isə Rusiya iqtisadiyyatı yüksəlişdə idi və hökumət iqtisadiyyatın diversifikasiyasına hazırlaşırdı. Onun "möhtəşəm” ideyaları Rusiya iqtisadiyyatının bu il 4% kiçilməsinə gətirib çıxardı”.    

B. Obama Rusiyanın təcridindən və təkcə ABŞ-ın yox, bir vaxtlar Moskvanın yaxın ticarət tərəfdaşı olmuş ölkələrin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan danışıb. "Putinin Yaxın Şərqdəki dostları yalnız Liviya və Suriyadan ibarətdir, bu dövlətlər isə hazırda dağılır. Əsəd rejimini xilas etmək üçün Putin bütün sünni dünyası ilə münasibətləri korlamaq bahasına da olsa, Suriyaya silah və əsgər göndərir”, - deyə o, qeyd edib.
 
ABŞ prezidentinin fikrincə, Rusiya öz rəhbərliyinin fəaliyyəti nəticəsində daha güclü hala gəlmir, sadəcə olaraq daha böyük diqqət qazanır: "Daha güclü oyunçu olaraq mən Rusiyanın öz vətəndaşlarının rifahını təmin edəcək inkişaf yoluna qayıtmasını təklif etdim. Çünki sanksiyalar altında olan və iqtisadiyyatı 4 faiz kiçilən biz deyilik. Putinin addımları yalnız onun ölkə daxilində reytinqinin artmasına səbəb olur. Dövlətin nəzarətində olan media varsa, bunu etmək asandır, lakin elə də müdrik addım deyil. Rusiyanın Suriyadakı fəaliyyətinin xarakteri belədir ki, əksər suriyalılar rusları düşmən sayır, Yaxın Şərqin bütün sünniləri isə Putini uşaqlara bomba atan adam kimi görür. Putin bundan narahat olmalıdır, çünki onun ölkəsində böyük müsəlman icması var”.
 
Obama Putinlə hər hansı yarışa girmədiyini və beynəlxalq arenada Çin, Yaponiya kimi ölkələrlə yanaşı, Rusiyanı da uğurlu, effektiv və məsuliyyətli oyunçu kimi görmək istədiyini vurğulayıb: "Ümid edirəm ki, Putin Əsədə dəstək verməyin o qədər də uğurlu uzunmüddətli strategiya olmadığını anlayacaq”.
 
ABŞ prezidenti Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşacağına ümid etdiyini də söyləyib. Bu olmadığı təqdirdə isə ABŞ və Rusiya arasında gərginlik qaçılmazdır.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol