• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya Baltikyanını Putindən qorumağa hazırlaşır

Britaniya Baltikyanını Putindən qorumağa hazırlaşır
08.10.2015 23:27
Qoşunların yerləşdirilməsinin müddəti müəyyən edilməyib.

Böyük Britaniya NATO sərhədlərinin möhkəmləndirilməsi və "Rusiya təcavüzünün qarşısını almaq” üçün öz qoşunlarını Baltik regionunda uzunmüddətli yerləşdirməkdə Almaniya və ABŞ-a qoşulacaq, Financial Times yazır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bu qərarı alyansın Brüsseldə keçiriləcək Şimali Atlantika blokunun nazirlərinin ənənəvi rüblük şurası çərçivəsində bəyan edəcək.

Qoşunların yerləşdirilməsinin müddəti müəyyən edilməyib, amma daima rotasiya aparılacaq. Nəşrin yazdığına görə bu fənd Moskva ilə Rusiya sərhədlərində qoşunların daimi yerləşdirilməməsinə dair razılaşmadan yan keçməkdə NATO-ya imkan yaradacaq.

Adıçəkilməyən məmur qəzetə bildirib ki, söhbət bir rotadan və ya yüzə yaxın əsgərdən gedir. Belə məhdud saylı tərkib, Britaniya parlamentinin xaricdə yerləşdirilən hərbçilərinin sayının azaldılması ilə bağlı çağırışı ilə əlaqədar ola bilər.

Nəşr Böyük Britaniyanın quru qoşunlarının sayının Napaleon dövründəki sayı ilə müqayisə edilə biləcək olmasına təəssüflənir.

Fellonun çıxışı ilə tanış olan digər mənbə, nazirin öz çıxışında Ukrayna ordusunun təlim proqramının genişləndirilməsinə toxunacağını bildirib. Hal-hazırda 75 Britaniya hərbçisi artıq Qərbi Ukraynada 1600 əsgərin hazırlığı ilə məşğuldur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol