• $
  • €
  • ₽
  • ₺
  • £

Politkovskaya mükafatını suriyalı aldı

Politkovskaya mükafatını suriyalı aldı
09.10.2015 09:12
"Qara dəniz sahilləri lazım idi, getdik çərkəzləri qılıncdan keçirdik. Bax, biz buyuq”.

Anna Politkovskaya mükafatı 2015-ci ildə suriyalı qadın jurnalist Kholoud Waleedə verilib.

ANS PRESS-in məlumatına görə, bu mükafatı beynəlxalq QHT olan "Bütün qadınları müharibədə qoruyun” təşkilatı təsis edib.

Kholoud Waleed gizli "Enab Baladi” qəzetinin redaktorudur. O və həmkarları hər gün həyatlarını təhlükəyə ataraq ölkədə və dünyadakı oxucularına Suriyada gedən vətəndaş müharibəsi barədə məlumatlar verirlər.İndiyədək qəzetin 3 əməkdaşı müharibədə həlak olub, bir neçəsi isə hazırda həbsdədir.

Anna Politkovskaya mükafatı artıq Londonda 9-cu dəfədir verilir. İlk mükafat 2009-cu ildə öldürülən jurnalist və hüquq müdafiəçisi Natalya Estemirovaya verilib. Oktyabrın 7-də Anna Politkovskayanın Moskvada qətlinin 9 ili tamam oldu. Tanınmış hüquq müadiəçisi 7 oktyabr 2006-ci ildə 48 yaşında evinin qarşısında qətlə yetirilib. O, Prezident Vladimir Putinin çeçenlərə yönəlik siyasətini, həmçinin, Çeçenistan rəhbəri Ramzan Kadırovun despot hərəkətlərini ciddi tənqid edən şəxslərdən idi. 

"Şəhərlərin, kəndlərin bombalanması hələ qalibiyyət meyarı deyil. Rusların başı kəsilən, gözü çıxarılan ölü çeçen meyitlərini lentə alması və qürurlanması inanın, iyrənclikdən başqa bir şey deyil. Bu hərbi etikaya sığmayan hərəkətdir. Onda soruşuram: hanı qəhrəman rus döyüşçüsü? Amma çeçenlərin tərəfində belə şəxslərə rast gəlmək olar. Basayev və digər bu tip adamları nümunə göstərmək olar. Başqa nümunə, Ruslan Gelayev – mişarla öz əlini kəsib, sərhədçinin birini öldürmüşdü. Göstərin ruslardan belələrini! Rus generalları yalnız sıravi əsgələri araq dalınca göndərməyi bacarırlar. Budanovmu? Etməyin! Qara dəniz sahilləri lazım idi, getdik çərkəzləri qılıncdan keçirdik. Bax, biz buyuq”. - deyə Politkovskaya son müsahibələrindən birində bildirmişdi.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol