• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın raketləri "İrana düşüb"

Rusiyanın raketləri "İrana düşüb"
09.10.2015 18:14
Xəzər Dənizindən Suriyaya buraxılan 4 qanadlı raket İrana düşüb, adları açıqlanmayan ABŞ rəsmiləri deyir.

Raketlərin zərər vurub vurmaması barədə məlumat yoxdur, rəsmilər bildirir.

Çərşənbə günü Rusiya deyib ki, Suriyanın şimal və şimal-qərbindəki hədəflərə 26 qanadlı raket buraxıb. Rəsmi Moskva təkrarən deyib ki, raketlərin hamısı hədəfləri məhv edib.

Bu xəbərdən öncə NATO Suriya münaqişəsində Rusiyanın hərbi iştirakı ilə bağlı üzvlərinə hərbi dəstək barədə vədlərini təkrarlayıb.

Rusiya təyyarələrinin Türkiyə hava məkanına müdaxiləsi ilə bağlı Rusiyanın Ankaradakı səfiri 3 dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Cümə axşamı NATO böhranlı vəziyyətlə bağlı çevik qüvvələrin sayını artırılacağını bildirib.

Mövzu ilə bağlı hadisələr:

    Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, cümə axşamı həyata keçirilən hava zərbələri vaxtı 27 hədəf məhv edilib. Rusiya hədəflərin İslam Dövləti qruplaşmasına aid olduğunu bildirir.
    ABŞ dövlət katibi John Kerry Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon söhbətində Suriyada qəzalardan yayınmaq üçün texniki məsələlər üzrə danışıqları davam etdirmək lazımdır.
    Ukrayna Prezident Petro Poroşenko bildirib ki, "Rusiya Suriyadan tutmuş İranadək qeyri sabitlik zolağı yaratmaq istəyior"

ABŞ rəsmiləri raketlərin konkret harada düşdüyü barədə əlavə məlumat verməyib.

Çərşənbə günü İranın İrna xəbər agentliyi məlumat vermişdi ki, Qərbi Azərbaycan vilayətindəki Ghozghapan kəndinə uçan naməlum obyekt düşmüşdü. Həmin kənd, raketlərin təxmini trayektoriyasındadır.

Amma mühafizəkar İran mediası raketlərin İrana düşməsi barədə məlumatları "ABŞ-ın Moskvaya qarşı psixoloji əməliyyatlar" adlandırıb.//bbc.com/azeri/
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol