• $
  • €
  • ₽
  • ₺
  • £

NASA “ibtidai dəhşət və zülmət”in şəkillərini əldə etdi - Foto

NASA “ibtidai dəhşət və zülmət”in şəkillərini əldə etdi - Foto
10.10.2015 15:59
New Horizons stansiyası Plutonun kiçik peyki, qədim yunan ibtidai dəhşət və zülmətin ilahəsinin şərəfinə adlandırılan Stiksin şəkillərini çəkib, NASA-nın saytında məlumat verilib.  

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, əldə edilən məlumatlara əsasən, alimlər səma cisminin ölçü və formasını müəyyən edə biliblər. Plutonun peyki dartılmış formaya malikdir. Uzunluğu yeddi, eni isə beş kilometrdir.

Stiksin səthi Plutonun digər peyklərində (daha öncə New Horizons stansiyası tərəfindən tədqiq edilmiş Nikta və Hidra) olduğu kimi buzlaqlarla örtülüdür və əksetmə qabiliyyəti yüksəkdir.

Yeni məlumatı alimlər 2015-ci ilin 5 oktyabr tarixində əldə ediblər. Stiks stansiyası haqqında məlumatı New Horizons iyulun 13-də Pluton ilə yaxınlaşmadan 12,5 saat öncə LORRI (Long Range Reconnaissance Imager) elmi aləti vasitəsilə alıblar. O zaman NASA aparatı Stiksdən 631 min km uzaqlıqda olub.

Alimlər gələcəkdə cırtdan planetin Stiks və digər üç peykinin tədqiqini davam etdirməyi düşünürlər. Alimləri əsasən bu səma cisimlərinin xaotik hərəkəti, ölçüləri, formaları, kimyəvi və fiziki tərkibi, eləcə də yaranması və təkamülü maraqlandırır.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol