• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ mühacir axınını dayandırmaq üçün Türkiyədən kömək gözləyir

Aİ mühacir axınını dayandırmaq üçün Türkiyədən kömək gözləyir
15.10.2015 20:22
Cümə axşamı Brüsseldə Avropa İttifaqının Avropaya mühacir axını ilə bağlı problemlərə həsr olunmuş sammiti keçiriləcək. Avropa liderləri xüsusən Türkiyə ilə əməkdaşlığa diqqət yetirəcəklər.

Aİ Türkiyə ilə sammit ərəfəsində razılığa gəlməyə ümid edirdi, lakin ötən şənbə günü Ankarada partlayışlardan sonra üçgünlük matəm elan olunduğuna görə danışıqlar təxirə salınıb.

Bu il artıq 600 min mühacir dənizlə Aİ ölkələrinə çatıb. Onların əksəriyyəti, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Avropaya Türkiyə üzərindən keçir.

Türkiyənin özündə hazırda, əsasən müharibə içində olan Suriyadan, 2 milyona yaxın mühacir olduğu güman edilir.

Avropa İttifaqı Türkiyəyə aşağıda nəzərdə tutulan tədbirləri həyata keçirmək üçün müştərək plan təklif edir:

    Mühacirlərlə bağlı məsələlərdə Aİ-nin Türkiyəyə maliyyə və maddi-texniki yardımını artırmaq.
    Avropa gəmilərinə Türkiyə sahillərində keşik çəkmək icazəsini vermək.
    Mühacirlərin qeyri-leqal nəql edilməsi ilə məşğul olanlarla mübarizə.
    Qeyri-leqal mühacirlərin vətənə qayıtması ilə bağlı işləri asanlaşdırmaq.

Brüssel Ankara tərəfindən yeni sığınacaq təqdim etmə üsulları tətbiq ediləcəyinə nail olmaq, eləcə də Aİ-nin maliyyə iştirakı ilə 6 qaçqın qəbul etmə mərkəzlərinin hazırlanmasının tezləşdirilməsini istəyir.

Həmçinin gözlənilir ki, Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq müqabilində Türkiyə Şengen zonasına baş çəkmək istəyən vətəndaşları üçün vizaların ləğv olunmasına çalışacaq.
Qarşılıqlı güzəştlər

Sammit ərəfəsində Avropa Şurasının prezidenti Donald Tusk xəbərdar edib ki, Brüsselin yalnız Türkiyə hakimiyyəti Avropaya mühacir axınının azalmasına kömək etmək üçün tədbirlər görməyə razı olduğu halda güzəştə gedər.

Aİ üzvü 29 ölkə liderlərinə ünvanlanan məktubda Donald Tusk qeyd edir ki, sammitin məqsədi "Avropaya qaçqın axınını azaltmaqdır. Türkiyə ilə razılaşmanın mahiyyəti nəticədə qaçqın sayının əhəmiyyətli dərəcədə azalmasındadır”.

Donald Tusk diqqəti bölgədə daha mürəkkəb şəraitin yaranmasına cəlb edir: "Türkiyə bizi Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq ideyasını dəstəkləməyə çağırır, bir halda ki, get-gedə Suriya münaqişəsində daha fəal iştirak edən Rusiya uçuşdan azad zona elan edilməsinə qarşı açıq çıxış edir”.

BBC müxbirinin Brüsseldən verdiyi məlumata görə, "Avropa liderlərinin əksəriyyəti o qənaətə gəlib ki, Türkiyə ilə daha sıx əməkdaşlıq olmadan mühacir axınının qabağını almaq səyləri əbəs olar”.

"Lakin Türkiyə cavab güzəştlər – maliyyə yardımının artırılması, viza rejiminin liberallaşdırılması və, nəhayət, onun Avropa İttifaqına daxil olmaq ərizəsinin ciddi surətdə nəzərdən keçirilməsini – gözləyir”, - müxbirimiz izah edir. //bbc.com/azeri
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol