• $
  • €
  • ₽
  • ₺
  • £

Merkel Türkiyəyə niyə gəlir?

Merkel Türkiyəyə niyə gəlir?
15.10.2015 17:15
Oktyabrın 18-də Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri gözlənilir. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşü gözlənilir.
  
Politoloq Qabil Hüseynli Angela Merkelin səfəri və müzakirə olunacaq məsələlər barədə Modern.az saytına şərh verib.  

O qeyd edib ki, bu səfər zamanı Almaniya kansleri bir çox məsələləri müzakirəyə çıxardacaq və  əsas diqqət Suriya qaçqınları məsələsinə yönəldiləcək.  

"Bu gün Suriya qaçqınları Avropa üçün çox böyük təhlükə törətməkdədir. 2 milyon 400 mindən çox qaçqın Avropaya gedib. Onun təxminən 1milyon 200 min nəfəri Almaniyaya gedib. Artıq demək olar ki, Almaniyanın qaçqın qəbul etməyə gücü yetmir.

Türkiyədə də 2 milyon 400 min nəfər Suriya qaçqını məskunlaşıb və daha 2 milyon nəfərin də gəlməsi gözlənilir. Yəni, Rusiya Suriyaya basqın etdikdən sonra qaçqınların sayı daha da artıb.

Ümumiyyətlə, Suriyanın 10 milyona yaxın insanı ya qaçqın vəziyyətində, ya da öz ölkələrində köçkün vəziyyətində yaşayır”.  

Ekspertin sözlərinə görə, bu baxımdan da Merkelin məqsədi Suriyadan çıxıb Avropaya üz tutan insanların öz ərazilərindəcə saxlanılmasının yolunu tapmaqdır.

Bunun üçün də gərək Avropa onların maliyyə xərclərini öz üzərinə götürsün.   Politoloq bu təklifin əslində məqsədəuyğun olduğunu qeyd edib:  

"Düşünürəm ki, bu, o qədər də pis təklif deyil. Çünki Suriyada vəziyyət düzəldikdən sonra qaçqınların vətənə qayıtması asan olacaq, üstəlik də Avropa əgər qaçqınlara yardım edərsə, onlar indikindən daha yaxşı yaşaya bilər. Çünki bu zaman onların maliyyə təminatı, uşaqların məktəbə getməyi, tibbi xidmət məsələləri və s. kimi məsələlər maliyyə vəsaiti hesabına yenidən qurula bilər”.  

Qabil Hüseynli əlavə edib ki, liderlərin görüşü zamanı Türkiyədəki terror aktlarının genişlənməsi və "İslam dövləti” (İŞİD) məsələsi xüsusilə diqqətdə olacaq.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol