• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Ermənistana qalib gəldi

Türkiyə Ermənistana qalib gəldi
15.10.2015 16:45
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası məhkəmənin 17 dekabr 2013-cü ildə Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçəkin iddiası əsasında İsveçrəyə qarşı çıxardığı qərarı təsdiqləyib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Böyük Palata qərara alıb ki, demokratik bir ölkədə orada yaşayan erməni icmasının hüquqlarını qorumaq naminə Doğu Perinçəkə qarşı cinayət işi açılması doğru deyil.

Qərarı AİHM sədri Din Şpilman özü açıqlayıb. Qərar Avropa Şurasına üzv ölkələrin uydurma "erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul etməsini mümkünsüz edir.

Xatırladaq ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi "Erməni soyqırımı beynəlxalq yalandır!” - sözlərinə görə polis tərəfindən saxlanılıb. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan D. Perinçək daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilərək azadlığa buraxılıb.

2008-ci ilin iyununda D. Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edərək Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulduğuna və İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırdığına dair qərar qəbul edib.

AİHM-in qərarında 1915-ci il hadisələrinin "erməni soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi də qeyd olunub. 16 mart 2014-cü ildə İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib.

Daha sonra Ermənistan və Fransa da bu prosesə daxil olublar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol