• $
  • €
  • ₽
  • ₺
  • £

Yəhudilərin müqəddəs məbədi yandırıldı

Yəhudilərin müqəddəs məbədi yandırıldı
17.10.2015 11:43
Fələstinlilər İordan çayının qərb sahilində yerləşən Nəblus şəhərindəki müqəddəs yəhudi məbədini yandırıb.

Qiyamçılar yəhudilərin müqəddəs Yusifin məzarı kimi ziyarət etdiyi türbəyə od vurublar. Xilasedicilər yanğını söndürsə də türbəyə ciddi ziyan dəyib. Bundan bir neçə saat öncə İsrail baş naziri Benyamin Netanyahu hücumların dayandırılması ilə bağlı Fələstin rəhbərliyinə müraciət etmişdi. Bu ay ərzində demək olar ki, hər gün fələstinlilərin israilliləri bıçaqlaması halları qeydə alınıb və bu iki tərəf arasında zorakılıq hallarının sayı artıb.

Bıçaq hücumları və atışmalar nəticəsində 7 isralilli ölüb, onlarla insan isə yaralanıb. Hücum edən şəxslər də daxil olmaqla ən azı 30 fələstinli də qətlə yetirilib. Zorakılıq halları keçən ay Qüdsdə yəhudi və müsəlmanların ziyarət etdiyi müqəddəs məbəddə baş vermiş gərginlikdən sonra artmağa başlamışdı. Nəblus şəhərində gecə vaxtı baş vermiş hadisə zamanı onlarla fələstinli türbəni dağıdıb və "Molotov kokteyli" ilə hücumlar ediblər.

Fələstin polisi izdihamı dağıdıb və xilasetmə qruplarının yanğını söndürməsinin ardından İsrail təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib. Bu, türbəyə ilk hücum cəhdi deyil. Keçən il də fələstinlilər oranı yandırmağa cəhd edib və 2000-ci ildə məbəd demək olar ki, dağıdılıb. Fələstin prezidenti Mahmud Abbas bildirib ki, iğtişaşlara səbəb İsrailin Fələstin ərazilərini işğalı və təcavüzüdür. BMT Təhlükəsizlik Şurası zorakılığın artması hallarını müzakirə etmək üçün fövqəladə yığıncaq keçirməyə hazırlaşır. ABŞ dövlət katibi Con Kerri bildirib ki, növbəti günlər ərzində regiona səfər etməyi planlaşdırır.//Anspress


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol