• $
  • €
  • ₽
  • ₺
  • £

İranın nüvə proqramına dair saziş qüvvəyə minir

İranın nüvə proqramına dair saziş qüvvəyə minir
18.10.2015 13:00
İyulun 14-də Vyanada İran və "altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair əldə olunmuş saziş bu gün, oktyabrın 18-də, qüvvəyə minir.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, Vyana sazişinə əsasən, sənədin  qüvvəyə mindiyi gün, BMT TŞ-nin 2231 saylı qətnaməsinin qəbulundan 90 gün sonra, 18 oktyabrına müəyyən edilib. Beləliklə, saziş və BMT TŞ-nin müvafiq qətnaməsi ilə nəzərdə tutulmuş tədbirlərin müddəti oktyabrın 18-dən etibarən hesablanmağa başlanır.        
 
Qeyd edək ki, oktyabrın 19-da sənədin icrası ilə bağlı "altılıq” ölkələrinin və İranın birgə komissiyasının birinci iclası keçiriləcək. Sazişə əsasən, bu komissiya daimi mexanizm kimi  təsdiq edilib.  
 
İranın Nüvə enerjisi üzrə təşkilatının sədri Əli Əkbər Salehinin sözlərinə görə, saziş həmin gün  İran və Aİ nümayəndələri tərəfindən ratifikasiya olunacaq. "Aİ və İran nümayəndələri bazar ertəsi Vyanada Birgə tədbirlər planını ratifikasiya etdikdən sonra Avropa İttifaqı oktyabrın 19-da rəsmi olaraq İrana qarşı iqtisadi sanksiyaların ləğv edildiyini elan edəcək”, deyə Salehi qeyd edib.
 
Onun sözlərinə görə, həmin gün ABŞ da İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edəcək, digər hissəsinin isə tətbiqini dayandıracaq.  


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol