• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya qırıcıları 51 İŞİD obyektini məhv edib

Rusiya qırıcıları 51 İŞİD obyektini məhv edib
19.10.2015 11:08
Suriyada hökumətlə əməkdaşlıq çərçivəsində anti-terror əməliyyatları keçirən Rusiya hərbi qüvvələri son iki sutka ərzində İŞİD silahlılarına məxsus 51 obyekti məhv ediblər. 

ANS PRESS-in xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Nazirlik rəsmiləri əməliyyatlardan ikisinin kadrlarını yayımlayıblar. Məlumata görə, əməliyyatlar, əsasən, Latakiya, Hələb və Dəməşq vilayətlərində icra olunub.

"Hədəfə alınan obyekt yeraltı tunellərdən ibarət şəbəkəyə malik idi. Bu düşmənə şəhərin müxtəlif yerlərindən gizlicə çıxmağa və Suriya ordusuna qarşı manevr edərək müdafiə olunmaq üçün imkan yaradırdı. Bunkerlərdən birində iri həcmdə silah ehtiyatı, terror aktları törətmək, həmçinin, diversiya yaratmaq üçün partlayıcılar var idi.” - deyə Rusiya müdafiə nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib. 

İki gün əvvəl aviareydlərdən biri nəticəsində "əl-Qaidə” qruplaşmasının baş komandirlərdən birinin öldürüldüyünə dair xəbərlər yayılmışdı. Lakin həmin əməliyyatların Rusiya və ya Amerika Birləşmiş Ştatları tərəfindən keçirildiyinə dair heç bir açıqlama verilməyib.

Ötən gün isə Pentaqon sözçüsü Piter Kuk Suriyada "əl-Qaidə" liderlərindən birinin koalisiya qüvvələri tərəfindən vurulduğunu bildirib. 

Rusiya qırıcıları sentyabr ayının 30-undan Suriyada anti-terror əməliyyatlarına qoşulublar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol