• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya: Holokosta biz cavabdehik

Almaniya: Holokosta biz cavabdehik
22.10.2015 15:00
Almaniya Holokostun törədilməsinə görə məsuliyyətin ona aid olmasında israr edib.

Açıqlama, İsrailin baş nazirinin Fələstin liderinin nasistləri Avropa yəhudilərini öldürməyə təkrik etməsini iddia etməsindən sonra gəlir.

Kansler Angela Merkel deyib ki, almanlar "yaxşı bilir" ki, nasistlər cavabdehdir.

Berlində xanım Merkellə birgə çıxış edən İsrail Baş Naziri Benjamin Netanyahu deyib ki, "heç kimdə şübhə olmamalıdır ki, Holokostu Hitler törədib".

Hərçənd o, çərşənbə axşamı Qüdsdə (Yerusəlimdə) keçirilən Dünya Sionist Konqresindəki çıxışında deyib ki, Adolf Hitler sadəcə yəhudiləri Avropadan çıxarmaq istəyib, lakin Qüdsün müftisi Hacı Amin əl-Hüseyni ona deyib: "Onları yandır”.

Bundan sonra cənab Netanyahu çoxsaylı tənqidlərə məruz qalıb.

Lakin İsrailin Holokost memorialındakı baş tarixçi bildirib ki, bu yanlış faktdır.

İsrailin müxalifət lideri baş nazirin dediklərini "təhlükəli tarixi təhrif” adlandırıb.

Fələstinin yüksək rütbəli rəsmisi bildirib ki, cənab Netanyahu fələstinlilərə o qədər nifrət bəsləyir ki, Hitleri belə bağışlamağa hazırdır.

İki tərəf arasında gərginlik bu ilin oktyabrın əvvəllərindən, ardıcıl bıçaq və silahlı hücumların ardından daha da artıb. Bunlardan əksəriyyəti fələstinlilərin israillilərə ölümcül hücümü olub, yalnız bir halda israilli bıçaqla fələstinliyə hücum edib.

İsrail təhlükəsizlik qüvvələri də qiyamçı fələstinlilərlə toqquşub, nəticədə fələstinlilər arasında ölənlər olub.
Hitlerlə görüş

1974-cü ildə həyatını itirmiş Hüseyni Fələstinin millətçi lideri olub və 1920 və 1930-cü illərdə, o zamankı Britaniya mandatlı Fələstində yəhudilərə və Britaniya rəsmilərinə qarşı zorakı kampaniyalar həyata keçirib.

O, 1937-ci ildə ərazini tərk edib, lakin Britaniyanın ərazini yəhudi və ərəb dövlətlərinə bölmə planlarına qarşı çıxışını davam etdirib və İkinci Dünya Müharibəsi zamanı nasistlərlə müttəfiq olub.

Hüseyni 1941-ci ilin noyabr ayında Berlində Hitlerlə görüşüb və nasistlərin liderindən ərəb dövlətinin yaradılmasına dəstək istəyib, həmin dövrə aid alman mətbuatı bildirir.

Lakin çərşənbə axşamı Qüdsdə keçirilmiş Dünya Sionistləri Konqresində çıxış edən cənab Netanyahu fərqli məlumat verib.

"Hitler həmin vaxt yəhudiləri qırmaq istəməyib – o sadəcə yəhudiləri köçürmək istəyib,” İsrail baş naziri bildirib.

"Və Hacı Amin əl-Hüseyni Hitlerlə görüşüb və deyib: Əgər onları köçürsən, hamısı bura gələcək”.

"Bəs onlarla nə edək? Hitler soruşub. Hüseyni deyib: Onları yandır”.

Qüdsdəki Holokost memorialının baş tarixçisi professor Dina Porat isə bildirib ki, cənab Netanyahunun bəyanatı faktiki səhvdir.

"Hitlerə yəhudiləri yandırmaq ideyasının müfti tərəfindən verildiyini demək doğru deyil,” o Yedioth Ahronoth qəzetinə bildirib.

Hüseyni müharibə cinayətlərinə görə axtarılıb, lakin heç vaxt Nürnberq məhkəməsinə çıxmayıb.//bbc.com/azeri 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol