• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın valyuta ehtiyatları gələn il tükənə bilər

Rusiyanın valyuta ehtiyatları gələn il tükənə bilər
27.10.2015 16:29
 Artıq 2016-cı il Rusiyanın Ehtiyat Fondunun fəaliyyəti üçün son il ola bilər. Bunu Federasiya Şurasında çıxışında Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, 2015-ci ildə ehtiyatların təxminən yarısı - 2,6 trln. rubl (40 mlrd. dollar) xərclənib: "Deməli, 2016-cı ildə biz ehtiyatlarımızı eyni tempdə xərcləsək, bu, ehtiyatlarımızın tükənməsinə gətirib çıxaracaq".

Nazir qeyd edib ki, neftin cari qiymətləri və rublun bugünkü məzənnəsi 2016-cı ilin büdcəsində 900 mlrd. rubl (15 mlrd.dollar) kəsir yarada bilər. 

A.Siluanov 2015-ci ilin sonuna Ehtiyat Fondunun həcminin 3,4 trln. rubl (53 mlrd. dollar) təşkil edəcəyini bildirib. Onun sözlərinə görə, bu vəsait 2016-cı ildə büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək: "Milli Rifah Fondunun vəsaitləri isə ilin sonuna dəyişməyərək 4,9 trln. rubla (76 mlrd. dollar) bərabər olacaq".

TASS agentliyinə verdiyi müsahibədə maliyyə nazirinin müavini Tatyana Nesterenko neftin qiymətinin bu səviyyədə qalacağı təqdirdə bütün ehtiyat fondlarının 2017-2018-ci illərdə tükənə biləcəyini qeyd edib. Nazir müavini daha sonra qeyd edib ki, yüksək büdcə kəsiri və onun maliyyələşdirilməsində yaranan amillər yaxın iki ildə ehtiyat fondlarının kəskin azalmasına, hətta bitməsinə gətirib çıxara bilər: 

"Biz yüksək neft qiymətləri zamanı əldə etdiyimiz gəlirləri xərcləməklə məşğuluq. Daxili bazarda vəsait qıtlığı və büdcə kəsirinin örtülməsi üçün xərclənən son pullar bizə investisiya layihələrini həyata keçirməyə imkan vermir". 

Qeyd edək ki, by bəyanatlar "Ural" markalı neftin 44 dollar/barel səviyyəsində qalmaq şərti nəzərə alınmaqla verilib. Bir neçə gün öncə isə Rusiya Mərkəzi Bankı neftin qiymətinin 2016-cı ildə 40 dollar/bareldən aşağı enə biləcəyini vurğulayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol