• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İD əleyhinə quruda da əməliyyatlara başlaya bilər

ABŞ İD əleyhinə quruda da əməliyyatlara başlaya bilər
28.10.2015 20:48
ABŞ İslam Dövləti qruplaşmasına qarşı Suriya və İraqda apardığı kampaniya tərkibində quruda da əməliyyatlara başlaya biləcəyini qeyd edib.

Amerikanın müdafiə naziri bununla yanaşı "mühüm hədəflərə” qarşı daha çox hava zərbələrinin endiriləcəyini deyib. Lakin Ash Carter "quruda keçiriləcək" əməliyyatlar deyərkən nəyin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Müdafiə naziri bunları ABŞ Senatının komitə dinləmələri vaxtı etdiyi çıxışında qeyd edib. Ash Carter-in bəyanatı ABŞ və İraq əməliyyatı nəticəsində İslam Dövləti qruplaşmasının girovluğundan onlarla adamın azad olunmasından 1 həftə keçmiş səslənir.

Təhlilçilərə əsasən ABŞ müdafiə nazirinin bəyanatı cihadçı qrupuna qarşı əməliyyatlarda irəliləyişin olmadığına işarə edə bilər.

Bundan əvvəl Vaşinqton bildirib ki, İran ilk dəfə olaraq Suriya münaqişəsinə dair ABŞ və Rusiyanın iştirak etdiyi beynəlxalq danışıqlara dəvət oluna bilər.

ABŞ dövlət departamentinin nümayəndəsi John Kirby deyib ki, İran rəsmilərinin bu həftənin sonunda Vyanada baş tutacaq danışıqları izləyib-izləməyəcəyi aydın deyil.

Danışıqlarda ABŞ, Rusiya ilə yanaşı Ərəb və Avropa ölkələrindən aparıcı nümayəndələr iştirak edəcək.

Uzun zamandan bəri Suriyada qərbin dəstəklədiyi müxalifət və ABŞ-ın bir sıra ərəb müttəfiqləri Suriya müharibəsində İranın iştirakına qarşı çıxıblar.

Cənab Kirby çərşənbə axşamı jurnalistlərə bildirib ki, o, İranın Vyanadakı danışıqlarda "iştirak etmək üçün dəvət ediləcəyini" gözləyir.

"Gəlib-gəlməmək barədə qərarı isə İran verməlidir... Bizim üçün vacibdir ki, əsas tərəfdaşlar bu danışıqlarda iştirak edir. Onlar (İran) əsas tərəfdaş ola bilərlər, amma hələ ki deyillər" - deyə o bildirib.

Digər açıqlamada ABŞ özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı kampaniyasını gücləndirməyə hazır olduğunu deyib. ABŞ ötən ildən bəri İraq və Suriyada İD mövqelərinə qarşı hava kampaniyasını həyata keçirir.

ABŞ Müdafiə katibi Ashton Carter deyib ki, onlar İD-ə qarşı hücumlar etməyə qadir olan tərəfdaşları dəstəkləyəcəklər.

İran Suriya prezidenti Bəşər əl- Əsədin ən yaxın müttəfiqi hesab olunur. İranın son 4 ildə Əsəd hakimiyyətini dəstəkləməyə, hərbi məsləhətçilər və silahla təmin etməyə və digər vasitələr üçün milyardlarla dollar xərclədiyi bildirilir.

İranın həm də Livanın Hizbullah qruplaşmasının Əsədyönlü qüvvələrə kömək üçün döyüşçülər göndərməsinə təsiri olduğu da deyilir.

İran hökuməti azad, çoxpartiyalı seçkilərin keçirilməsi üçün Suriyaya dinc keçid təklif etsə də, çoxtərəfli sülh danışıqlarında iştirak etməyib.

Suriyada artıq 4 ildir ki, hökumət əleyhinə etirazlar Əsəd hökuməti, İD, Suriya üsyançıları və kürd döyüşçüləri arasında vətəndaş müharibəsinə çevrilib.

Münaqişədə 250 mindən çox suriyalı həlak olub, bir milyon nəfər xəsarət alıb. 11 milyon nəfər evindən çıxmağa, 4 milyon qaçqın isə Avropaya təhlükəli səyahət etməyə məcbur olub.

Suriyadakı münaqişənin ancaq siyasi yolla həll edilə biləcəyini deyən Rusiya ötən ay hava kampaniyasına başlayıb. Rusiya bildirir ki, o, İD və digər cihadçı qrupları Suriya Prezidenti Bəşər əl-Əsədin hərbi cəhətdən yardım xahişindən sonra hədəfləyib.

Qərb ölkələri və suriyalı fəallar deyirlər ki, Rusiya təyyarələri qeyri-hərbi hədəfləri də vurub, rəsmi Moskva bu iddiaları təkzib edir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol