• $
  • €
  • ₽
  • ₺
  • £

İran Suriya danışıqlarında iştirak edəcək

İran Suriya danışıqlarında iştirak edəcək
29.10.2015 12:53
Bu, prezident Bashar al-Assad-ın əsas beynəlxalq dəstəkçisi olan İranın Suriyaya dair çoxtərəfli danışıqlarda ilk iştirakı olacaq.

Tehran bildirib ki, xarici işlər naziri Mohammad Javad Zarif Vyanada Suriya münaqişəsinin çözümünə dair bu həftə keçiriləcək beynəlxalq danışıqlarda iştirak edəcək.

Bu, prezident Bashar al-Assad-ın əsas beynəlxalq dəstəkçisi olan İranın Suriyaya dair çoxtərəfli danışıqlarda ilk iştirakı olacaq.

Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirak edəcəyi danışıqlara oktyabrın 29-da başlanacaq.

Bunun ertəsi gün genişləndirilmiş danışıqlar masasına İran, İraq, Misir, Livan və bir sıra başqa regional dövlətlər gələcək.

Danışıqlarda Avropa İttifaqını xarici siyasət komissarı Federica Mogherini təmsil edəcək.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, cənab Zarif-i bu danışıqlarda onun üç müavini müşayiət edəcək.

İran-ABŞ görüşü istisna edilmir

İrandan alınan məlumatlarda deyilir ki, İran, Rusiya və Avropa İttifaqının nümayəndə heyətləri sammitin kuluarlarında görüş keçirəcəklər.

İran XİN-in sözçüsü bunu da qeyd edib ki, İran və ABŞ nümayəndə heyətlərinin görüşü də istisna edilmir.

Zarif və Rusiyanın xarici işlər naziri Lavrov oktyabrın 28-də Suriya münaqişəsini və danışıqlarda tutulacaq mövqelərini telefonla müzakirə ediblər.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Moskva Suriya danışıqlarının "geniş dialoq formatında” aparılmasını istəyir.

Oktyabrın 28-də Ağ Evin sözçüsü Eric Schultz da deyib ki, ABŞ Suriya münaqişəsinin çözümü istiqamətində Rusiya və İran da daxil,istənilən ölkə ilə əməkdaşlığa hazırdır.

Bu arada Suriyada Assad-a qarşı döyüşən qüvvələr bildiriblər ki, İranın Vyana danışıqlarında iştirakı münaqişənin çözümü barədə qərarın qəbulunu son dərəcə çətinləşdirə bilər.

Assad-ın gedişi üçün "dəqiq qrafik”

İran Dəməşq rejiminə maliyyə və hərbi dəstək verməkdə davam edir. Müşahidəçilər son vaxtlar Suriya münaqişəsində iştirak edən "İran hərbi müşavirləri”nin artdığını xəbər verirlər.

Öz növbəsində Rusiya da Assad rejiminə geniş dəstək verir. Rusiya oktyabrın 28-də bildirib ki, onun hərbi təyyarələri son 24 saat ərzində "terrorçu” mövqelərinə 118 raket zərbəsi endirib.

İran və Rusiya bu mövqedədirlər ki, hazırkı prezident Bashar al-Assad Suriyada qurulacaq keçid hökumətində iştirak etməlidir.

Qərb ölkələri Assad-ın prezident kreslosunu tərk etməsini tələb edirlər. Oktyabrın 28-də Fransanın xarici işlər naziri Laurent Fabius bəyan edib ki, Qərb müttəfiqləri Assad-ın vəzifədən getməsi barədə "dəqiq qrafik” məsələsində razılığa gəliblər.

Bununla belə, ABŞ dövlət katibinin müavini Tony Blinken deyib ki, Vaşinqton Vyana danışıqlarından "böyük və ya həlledici nəticələr” gözləmir.

O deyib ki, başlıca vəzifə Suriyada siyasi keçidin xarakteri barədə razılaşmanın əldə edilməsidir.

Səudiyyə Ərəbistanı Vyana danışıqlarında Rusiya və İranın Suriya çözümünə nə dərəcədə sadiq olduqlarına əmin olmaq üçün iştirak edəcəyini bildirib. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol