• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreya xaricə qul-fəhlələr göndərir

Şimali Koreya xaricə qul-fəhlələr göndərir
29.10.2015 20:32
Xaricdə işləməyə 50 mindən çox şimali koreyalı göndərilib. Onlar əsasən Rusiya və Çinə gedib. BMT eksperti bunun məcburi əməyə bərabər olduğunu deyir.

BMT-nin xüsusi məruzəçisi Marzuki Darusman oktyabrın 28-də deyib ki, Pxenyan daha çox fəhlə ixrac edir və bununla sanksiyalardan yayınaraq sərbəst dəyişdirilən valyuta qazanmağa çalışır.

Ekspertin hesablamalarına görə, Şimali Koreya bu fəhlələrin qazandıqlarından ildə 1.2-2.3 milyard dollar əldə edir.

Fəhlələrin çoxu Rusiya, Çin, eləcə də Əlcəzair, Anqola, Küveyt və Polşaya gedir.

Darusman-ın hesabatı bu həftə BMT Baş Assambleyasında müzakirəyə çıxarılacaq. Assambleyanın Pxenyanın insan haqları pozuntularını pisləyən qətnamə qəbul edəcəyi gözlənir.

BMT-nin Şimali Koreyada insan haqları üzrə eksperti Darusman xəbərdarlıq edir ki, bu fəhlələri işə götürən ölkələr "qəbuledilməz məcburi əmək sistemi”ndə əlbir olurlar.

Həmin fəhlələr tikintiyə, mədən, tekstil sənayelərinə cəlb olunur, iş müqaviləsi məsələsi açıb-ağardılmır. Bu məsələ Pxenyanla razılaşdırılır.  /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol