• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə qalmaqal: hakimləri girov götürüb güllələmək istədilər

Türkiyədə qalmaqal: hakimləri girov götürüb güllələmək istədilər
30.10.2015 18:09
Trabzonda baş verən hadisələrin təfərrüatları məlum olub 

2 gün əvvəl Türkiyənin Trabzon şəhərində yerli "Trabzonspor” futbol klubunun "Qaziantepspor”la oyunundan sonra baş verənlər gündəmdən düşmür. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Trabzonspor” rəhbərliyinin oyunu idarə edən hakimləri stadionda girov saxlaması və bundan sonra baş verən hadisələrin bəzi təfərrüatı məlum olub.
 
Bəlli olub ki, hakimlər oyundan sonra stadiondakı hakimlər otağına salınıb və onların getməsinə imkan verilməyib. Bu zaman koridorda olan klub nümayəndələri onları uca səslə söyüb, hətta klub rəhbərlərindən biri hakimləri güllələyəcəyi ilə hədələyib.
 
Çağatay Şahanın başçılıq etdiyi hakimlər briqadası bir neçə saat həyəcan içində otaqda gözləməli olub. Hətta hakimlər otağına salınan matçın hakim-inspektoru Nedim Göklü ağlamağa başlayıb və Hakimlər Komitəsinin rəhbərliyinə zəng edərkən psixoloji sarsıntının təsiri altında olub.
 
Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın məsələyə müdaxiləsindən sonra hakimlər 5 saatlıq girovluqdan qurtula biliblər və zirehli avtomobillə əvvəlcə polis bölməsinə, oradan isə Samsuna aparılıblar. Buradan Ankaraya yola salınan hakimlər başlarına gələnlərlə bağlı rəhbərliyə raport təqdim ediblər.
 
 
Məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb. "Trabzonspor” klubunun prezidenti İbrahim Hacıosmanoğlunun hakimlərə qarşı etdiklərinə görə həbs edilməsi də mümkündür. Türkiyə qanunlarına əsasən vəzifə borcunu yerinə yetirən şəxsin girov götürülməsi əməlini törədən və ya təşkil edənlərə 2,5 ildən 17 ilədək həbs cəzası verilə bilər.
 
İ.Hacıosmanoğlu dünən media vasitəsi ilə hakimlərdən üzr istəsə də, onun məsuliyyətə cəlb edilməsi istisna deyil. Klub prezidenti oyun günü hakimləri sərbəst buraxdıqdan sonra verdiyi açıqlamada da bildirmişdi ki, etdiyi əməlin cinayət məsuliyyəti daşıdığını bilir və lazım olsa, "Trabzonspor"a görə türməyə də düşər. 
 
Qeyd edək ki, məlum hadisələrə səbəb olan oyun 2:2 hesabı ilə başa çatıb. "Trabzonspor” öz meydanında 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, matçın sonlarında 2 qol vuraraq hesabı bərabərləşdirib. Əlavə olunmuş vaxtda isə hakim "Qaziantepspor”un oyunçusunun cərimə meydançasında topa əllə toxunmasını qeydə almayıb və penalti təyin etməyib. Məhz bu epizoddan sonra gərginlik başlayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol