• $
  • €
  • ₽
  • ₺
  • £

Sankt-Peterburq: aviaqəzada ölənlərdən doqquzunun kimliyi müəyyənləşib

Sankt-Peterburq: aviaqəzada ölənlərdən doqquzunun kimliyi müəyyənləşib
03.11.2015 23:00
Rusiyanın Sankt-Peterburq şəhərində, Misirdə qəzaya uğramış Kogalymavia şirkətinə məxsus təyyarədə ölənlərdən 9 nəfərin cəsədi yaxınları tərəfindən tanınıb.

Hadisə ilə bağlı yaradılan Operativ Qərargahın nümayəndələrinə əsasən, ölənlərin tanınması üzrə tədbirlər bir neçə həftə çəkə bilər.

Hazırda cənazələrin nə vaxt veriləcəyi bilinmir və buna görə də dəfn mərasimlərinin nə zaman keçiriləcəyini demək mümkün deyil, BBC Rus Xidmətinin müxbiri Pavel Aksyonov xəbər verir.

Sinay yarımadasında ötən şənbə baş vermiş təyyarə qəzasında həlak olanlardan 144 nəfərinin cənazəsi Qahirədən Sankt-Peterburqa bazar ertəsi və çərşənbə axşamı gətirilib.

Hadisə yerində axtarış işlərilə bağlı əməliyyat davam etdirilir.

Operativ Qərargahda bildirirlər ki, ölənlərin qohumlarına kompensasiyalar cümə axşamından etibarən verilməyə başlanılacaq.

Kogalymavia şirkətinə məxsus Airbus A321 təyyarəsi şənbə günü Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədə olan 224 adam həlak olub.

Qəzanın səbəbləri araşdırılır. Hazırda təyyarənin havada parçalandığı məlumdur. Buna təyyarə hissələri və cənazələrin böyük əraziyə səpələnməsi dəlalət edir.

Aviaşirkətin rəhbərliyi bildirir ki, bu, "xarici qüvvənin mexaniki təsiri” nəticəsində baş verə bilərdi. Hərçənd ki, hava nəqliyyatına nəzarət edən Rosaviasiya dövlət qurumu belə bir nəticəyə gəlməyin erkən olduğunu hesab edir.

Amerikanın kəşfiyyat-təhlil üzrə Stratfor araşdırma mərkəzi hesab edir ki, qəzaya səbəb böyük bir ehtimalla təyyarədəki partlayış olub. "Partlayıcı göyərtədəki intiharçının üzərində və ya təyyarənin yük bölməsində ola bilərdi", araşdırmada deyilir.

Bu arada Rusiya, Fransa və Misir mütəxəssislərindən ibarət beynəlxalq komissiya üzvləri qəza yerində tapılan "qara qutu"nun yazılarını təhlil etməyə başlayıblar. //bbc.com/azeri/

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol