• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə “Fətullah şübhəlilərinin” kütləvi həbsinə başladı

Türkiyə “Fətullah şübhəlilərinin” kütləvi həbsinə başladı
04.11.2015 11:15


Türkiyə polisi islamçı vaiz Fethullah Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən 44 nəfəri həbs edib.

Prezident Erdoğan Hizmet hərəkatını hökumət çevrilişi cəhdində ittiham edir.

Anadolu agentliyinin məlumatına görə həbs edilənlərin arasında yüksək vəzifəli məmurlar və polis zabitləri var.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, "fethullahçıların” kütləvi həbsləri Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkisində mütləq çoxluğu əldə etdikdən dərhal sonra başlanıb.

Avropa seçkini tənqid edib

Lakin Avropa müşahidəçilərinin rəyinə görə zorakılıqlar və media üzərinə məhdudiyyətlər bu seçkiyə kölgə salıb.

Ötən çərşənbə axşamı sol təmayüllü Nokta məcmuəsi bildirib ki, onun iki redaktoruna qarşı çevriliş ittihamları irəli sürülüb.

Cevheri Güven və Murat Çapan jurnalın üz qabığında seçki nəticələrini tənqid edən sərlövhəyə görə həbs ediliblər. Başlıqda "Türkiyədə vətəndaş müharibəsinin başlanğıcı” yazılmışdı.

İstanbul məhkəməsi jurnalın sözü gedən sayının bütün nüsxələrinin satışdan çıxarılması barədə qərar verib. Hökmdə deyilir ki, jurnal ictimaiyyəti cinayətlərə sövq edən materiallar dərc edib.

Kommendant saatı

Bu arada ölkənin təhlükəsizlik qüvvələri Türkiyənin cənub-şərqində əhalisi əsasən kürdlərdən ibarət Silvan şəhərində kommendant saatı tətbiq edib. Türkiyə təyyarələri İraqın şimalındakı PKK mövqelərini raket atəşlərinə tutumaqda davam edib.

Anadolu agentliyi bildirir ki, çərşənbə axşamı həbs edilənlərin əksəriyyətinə qarşı "səlahiyyətlərini aşma” ittihamı irəli sürülüb.

Prokurorluq ümumilikdə 57 nəfərin həbsi üçün sanksiya verib.

Türkiyə hökuməti hazırda ABŞ-da "könüllü sürgündə” yaşayan müsəlman vaizi Fethullah Güleni Türkiyədə parallel dövlət yaratmaq cəhdində günahlandırır.

Media üzərinə hücumlar

Bu polis əməliyyatlarından əvvəl başqa bir media qurumu olan Koza-İpek qrupunun ofislərinə reydlər keçirilib. Bu media qrupu Gülenlə əlaqələrdə şübhəli bilinir.

Hürriyyet qəzeti yazır ki, hökumət bu media qurumuna rəhbərliyi xüsusi hamilər şurasına həvalə edəndən dərhal sonra 58 əməkdaş işdən qovulub.

Bütün bunlarla yanaşı Türkiyədəki gərgin siyasi-ictimai durum davam edir. Bu gərginlik ötən iyul ayında intiharçı bomba partlayışında 30-dan çox kürd həlak olduqdan sonra başlanıb.

Kürdlərin ötən ay Ankarada keçirdikləri yürüş zamanı törədilmiş qoşa intiharçı bomba partlayışı nəticəsində yüzdən artıq insan həlak olub. 

Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol