• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya məşhur jurnalistləri Moskvada toplayır

Rusiya məşhur jurnalistləri Moskvada toplayır
04.11.2015 14:59

"Rossiya segodnya” postsovet məkanının media rəhbərlərini və məşhur jurnalistlərini Moskvaya toplayacaq

Moskvada 10 noyabr tarixində "Rossiya segodnya” Beynəlxalq informasiya agentliyi tərəfindən Avropa və Asiya media təşkilatlarının forumu təşkil olunacaq. Builki forum "Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”  mövzusunda keçiriləcək.
Forumda keçmiş 14 postsovet ölkəsinin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Litva, Rusiya, Tacikistan, Ukrayna, Estoniya) nüfuzlu və populyar KİV-lərinin, teleradioşırkətlərinin və internet resursalırının rəhbərləri, məşhur jurnalistlər və media ekspertləri iştirak edəcək.

Forumun əsas müzakirə mövzusu keçmiş SSRİ ölkələrinin KİV-lərinin fərqli sosial və siyasi proseslər şəraitində əməkdaşlığı məsələləri olacaq. Tədbir iştirakçıları media və iqtidar arasında dialoq və Avrasiyada inteqrasiya prosesləri çərçivəsində informasiya mübadiləsi məsələlərinə xüsusi diqqət ayıracaqlar. 

Müasir informasiya müharibələri, onların nəticələri və informasiya kanalları vasitəsi ilə yayılan təhdidlərə qarşı mexanizmlərin axtarışı müzakirələri daha aktual edir.

Səkkizinci Avropa və Asiya media təkilatlarının forumu Rusiya media rəhbərlərinin və tanınmış jurnalistlərinin istirakı ilə keçiriləcək plenar iclasla açılacaq. Forum çərçivəsində üç mövzu üzrə ayrıca diskussiyalar təşkil olunacaq: "Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”, "Avrasiya informasiya məkanı”, "Mediaindustriya: auditoriyanı və imici necə qorumalı”.

KİV nümayəndələrinin tədbirə qeydiyyatı "Rossiya seqodnya” BİA-nın media mərkəzinin rəsmi saytında həyata keçirilir.
Avropa və Asiya media təşkilatlarının forumu postsovet məkanında analoqu olmayan, MDB, Gürcüstan və Baltikyanı ölkələrin mütəxəssislərinin media sahəsinin tendensiyaları və inkişafının proqnozlaşdırılması üzrə məsələlərinin müzakirəsi üçün təşkil edilən meydançadır.

Forum 2006-cı ildən keçirilir. Öncəki forumlar Moskva, Kiyev, Astana, Minsk şəhərlərində təşkil edilib.

2011-ci ildə Astanada  keçirilən forum iştirakçılarına Rusiya və Qazaxstan prezidentləri Dmitriy Medvedevin və Nursultan Nazarbayevin müraciəti olmuşdu. Minskdə 2012-ci ildə Belarus lideri Aleksandr Lukaşenko MDB baş redaktorlar klubunun üzvləri ilə görüşmüşdü.

Bu ilki forum ənənələri davam etdirərək açıq dialoq və təcrübə mübadiləsi üçün imkanlar yaradacaq.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimediya və informasiya mərkəzləri işləyən beynəlxalq xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol