• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixdə ilk: Çin və Tayvan liderləri arasında görüş keçirildi

Tarixdə ilk: Çin və Tayvan liderləri arasında görüş keçirildi
07.11.2015 13:04
Bu gün Sinqapurda Çin Xalq Respublikasının yaranmasından bəri ilk dəfə olaraq Çin və Tayvan liderlərinin görüşü keçirilib.
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, Sinqapurdakı "Şanqri-la” otelində bir araya gələn Çin rəhbəri Si Tszinpin və Tayvan administrasiyasının rəhbəri Ma İntszyu medianın önündə bir-birinə əl uzadaraq görüşüblər. Pekindən verilən açıqlamada bildirilib ki, danışıqlar zamanı Tayvan boğazının iki tərəfi arasında münasibətlərin sülh yolu ilə inkişafı müzakirə olunacaq. Açıqlamada xüsusi qeyd olunub ki, görüş "vahid Çin” prinsipinə uyğun keçiriləcək.  
 
Qeyd edək ki, Çin mərkəzi hökuməti ilə ada əyaləti arasında əlaqələr 1949-cu ildə Çindəki vətəndaş müharibəsində məğlub olan Homindanın qüvvələrinin Çan Kayşinin başçılığı ilə Tayvana qaçmasından sonra pozulub. 1980-ci illərin sonlarında işgüzar və qeyri-formal əlaqələr bərpa olunub.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol