• $
  • €
  • ₽
  • ₺
  • £

Kadırov ərəb ölkələrini İŞİD-ə qarşı birləşməyə çağırdı

Kadırov ərəb ölkələrini İŞİD-ə qarşı birləşməyə çağırdı
11.11.2015 22:59
Çeçenistan rəhbəri Ramzan Kadırov Yaxın Şərqin liderlərini İŞİD-ə qarşı birləşməyə çağırıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya regionunun hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Mən Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Mərakeş, Əlcəzair, Türkiyə, İran, Malayziya, İndoneziya, Pakistan... liderlərinə müraciət etməyi özümə borc bilirəm.

Məhəmməd Peyğəmbərin ümmətinin məhv edilməsini nə vaxta qədər sakit izləyəcəksiniz? Niyə toplaşıb problemi müzakirə etmirsiniz?

Niyə İŞİD-in ipini yığmaq üçün heç nə etmirsiniz? Niyə ABŞ və onun müttəfiqlərinə "Yetər!” demirsiniz?”, - məlumatda Kadırovun sözlərindən sitat gətirilir.

O, həmçinin ABŞ-ın ərəb baharı adı altında Liviya, Tunis, Suriya, Yəmən, Misirdə vətəndaş müharibələrinin tonqallarını qaladığını, İran körfəzi ölkələrinin demək olar ki, hamısını gözləmə rejimində qoyduqlarını bildirib.

Çeçenistan rəhbəri birlikdə istənilən dünya məsələlərini həll etməyin mümkün olduğunu vurğulayıb.

"Biz 1,5 milyardıq! Gənc, sağlam, qərarlı, cürətli! Biz istənilən dünya miqyaslı məsələni həll etməyə qadirik, əgər vahid qüvvə olarıqsa! Mən böyük Allahın adı ilə hamınızı baş verənlər barədə düşünməyə, razılığa gəlmə yollarını tapmağa, ümumi düşmənimizin qarşısını almaq üçün mexanizmin hazırlanmasına çağırıram”, - Kadırov əlavə edib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol