• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu başa çatdı

Moskvada Avropa və Asiya media təşkilatlarının səkkizinci forumu başa çatdı
11.11.2015 17:13
"Rossiya segodnya” Beynəlxalq informasiya agentliyinin təşkilatçılığa ilə Moskvada Avropa və Asiya mediya təkilatlarının forumu başa çatıb.
 
 
Forumun əsas mövzusu "Qeyristabil dünyada dayanıqlı tərəfdaşlıq” məsələləri olmuşdur. Tədbirdə keçmiş 14 postsovet ölkəsindən (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Litva, Rusiya, Tacikistan, Ukrayna, Estoniya) KİV rəhbərləri və media ekspertləri iştirak edib. Forumun açılış iclasında BİA "Rosiiya segodnya” baş direktoru Dmitriy Kiselyov və baş redaktoru Marqarita Simonyan iştirak ediblər.
 
 
Tədbiri açaraq Dmitriy Kiselyov müasir jurnalistikanın zamanla ayaqlaşmalı və auditoriyanın tələbinə cavab verməli olduğunu qeyd etdi: "Biz dünyada baş verənləri anlatmaqdan imtina edə bilərikmi? Bundan imtina etdikdən dərhal sonra auditoriya sizdən imtina edəcək. İnsanlar özləri və ailələrinə vacib olan qərarları qəbul etmək üçün müasir dünyanı anlamağa ehtiyac duyurlar”.
 
 
Forumun gedişində iştirakçılar keçmiş SSRİ ölkələrinin KİV-in müxtəlif siyasi və iqtisadi şəraitdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
 
 
Forumun əsas sessiyası çərçivəsində ayrı-ayrı mövzular üzrə müzakirələr keçirilib.
 
 
FEAM – 2015 (ФЕАМ – 2015) proqram çərçivəsində RF XİN informasiya və mətbuat departamentinin müdiri Mariya Zaxarova ilə xüsusi sessiya təşkil olunub. Bundan əlavə yazıçı, publisist Viktor Yerofeev və "Zavtra” qəzetin baş redaktoru, İzborskiy klubunun sədri Aleksandr Proxarovun iştirakı ilə sessiya keçirilib.
"Avrasiya informasiya məkanı: çağırışlar və təhlükələr”mövzulu sessiyada "Kazaxstanskaya pravda” qəzetinin şef-redaktoru Sabit Maldıbayev (Qazaxıstan),  "ARMENPRESS” informasiya agentliyinin baş direktoru Aram Ananyan (Ermənistan), "İzvestiya” qəzetinin baş redaktorunun müavini Boris Mejuyev (Rusiya), Siyasi konyuktura mərkəzinin baş direktoru Sergey Mixeev (Rusiya), Rusiya Dövlət Dumasının MDB məsələri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin müavini Tatyana Moskalkova (Rusiya), "Kabar” milli informasiya agentliyinin direktoru Kuban Taabaldiyev (Qırğızıstan), Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin baş direktoru Valeriy Fedorov (Rusiya) spiker qismində iştirak ediblər.
 
 
"Mediaindustriya: auditoriyanı və imici necə qorumalı” adlı sessiyada "Qaqauzinform” internet portalının rəhbəri AndreyVedutenko (Moldova), "Moskovskiy komsomolets” qəzetinin redaksiyası” QSC-nin və "Moskovskiy komsomolets” nəşriyyat evinin  baş direktoru Pavel Qusev (Rusiya), "Trend” Beynəlxalq informasiya agentliyinin baş direktoru İlqar Hüseynov (Azərbaycan), "Kazinform” Beynəlxalq informasiya agentliyinin baş direktoru Dauren Diyarov (Qazaxıstan), siyasi icmalçı, tarixçi, Research & Branding Group şirkətinin həmtəsisçisi Yevgeniy Kopatko (Ukrayna) çıxış etdilər.
 
 
 Forumun 3-cü sessiyası gündəliyin əsas məsələsi olan "Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”   mövzusuna həsr edilmişdi. Bu sessiyada "Mir” Dövlətlərarası teleradioşirkətin sədri Radik Batırşin (Rusiya), "Ali iqtisad məktəbi” Milli araşdırma universitetinin kommunikasiya, media və dizayn fakültsəsinin dekanı Andrey  Bistritskiy (Rusiya), "Baltika forumu” beynəlxalq cəmiyyətin rəhbəri Aleksandr Vasilyevs (Latviya), Tallin televiziyasında "Monitor” verilişinin aparıcısı Rodion Denisov (Estoniya), Belarus teleqraf agentliyinin baş direktoru Dmitriy Juk (Belarus), "Qovorit Moskva” radiostansiyasının baş direktoru Vladimir Mamontov, "Ekspert şurası” analitik mərkəzin direktoru İskander Xisamov məruzəçi qismində çıxış etmişlər.
 
 
Avropa və Asiya media təşkilatlarının forumu postsovet məkanında analoqu olmayan MDB, Gürcüstan və Baltikyanı ölkələrin mütəxəssislərini media sahəsinin tendensiyaları və  inkişafının proqnozlaşdırılması üzrə məsələlərinin müzakirəsi üçün təşkil edilən postsovet məkanında analoqu olmayan meydançadır.
Forum 2006-cı ildən keçirilir. Öncəki forumlar Moskva, Kiyev, Astana, Minsk şəhərlərində təşkil edilib.
 
 
2011-ci ildə Astanada  keçirilən forum iştirakçılarına Rusiya və Qazaxstan prezidentləri Dmitriy Medvedevin və Nursultan Nazarbayevun müraciəti olmuşdur. Minskdə 2012-ci ildə Belarus lideri Aleksandr Lukaşenko MDB baş redaktorlar klubunun üzvləri ilə görüşmüsdür.
 
 
Bu ilki forum ənənələri davam etdirərək açıq dialoq və təcrübə mübadiləsi üçün imkanlar yaradacaq.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol