• $
  • €
  • ₽
  • ₺
  • £

Kremllə Tehranın nəhəng projesi: Şərqdə yeni koalisiya yaranır

Kremllə Tehranın nəhəng projesi: Şərqdə yeni koalisiya yaranır
13.11.2015 10:00
Son 30 ildə rəsmi Tehran raket texnologiyasını inkişaf etdirməyi özü üçün prioritet məsələ sayır. Çünki bölgədə ona qarşı təhdidlər artıb.
 
Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov İranın Rusiyadan S-300 raketlərini almasını şərh edərkən deyib.
 
O bildirib ki, İran S-300 sistemlərini özünü raket hücumlarından və düşmən təyyarələrinin zərbələrindən sığortalamaq məqsədi ilə əldə edib:
 
"Sözügedən qurğular məhz müdafiə tipli silah silsiləsindən sayılır. Bu günün geosiyasi konyunkturası təsdiqləyir ki, İranın siyasətini qəbul etməyən Fars körfəzi ölkələri və İsrail istənilən vaxt koalisiya qurub Tehrana vahid zərbə endirə bilərlər.
 
Suriya və Yəmən böhranları artıq göstərir ki, bölgədə düşərgələrə bölünmə prosesi heç də hipotetik deyil, çox realdır. Ona görə də bölgə böhranları böyük müharibəyə çevrildiyi halda İran bir neçə cəbhədə vuruşmalı olacaq. Belə olduqda bu raket sistemi qarşıdurmanın müqəddəratını həll edə bilər”.
 
Ekspertin fikrincə, İranın özünün istehsal etdiyi balaca və uzaq mənzilli raket hərbi sənayesi kifayət qədər inkişaf edib: "Lakin potensial rəqiblərin cəbbəxanasında olan raketlər qarşısında İranın havadan müdafiəolunma strategiyasında müəyyən boşluqlar mövcuddur. Onları aradan götürmək planında S-300 sistemlərinə xüsusi yer ayrılmışdı.
 
Düzdür, Tehran Çindən onlara oxşar müdafiə qurğularını alıb, öz gücü ilə analoji sistemlərin istehsalı istiqamətində elmi-praktik işlər proqramı həyata keçirir. Lakin Çinin və milli istehsalın ərsəyə gətirdiyi müdafiə komplekslərinin nə dərəcədə etibarlı olması ətrafında suallar hələ də cavabsızdır.
 
Rusiyanın istehsalı olan sistemlər isə bu mənada mükəmməl və son dərəcə etibarlıdırlar. Ona görə də Tehran onların vasitəsi ilə özünün müdafiə potensialını günün tələbləri səviyyəsinə gətirməyi son dərəcə vacib sayır”.
 
Analitik qeyd edib ki, Suriya və Yəmən böhranları çərçivəsində Moskva ilə Tehranın yanaşmaları üst-üstə düşür:
 
"O ki qaldı iki dövlətin, yəni Rusiyanın İranla birgə fəaliyyətinə, Yaxın və Orta Şərqdə artıq yeni geosiyasi koalisiyanın təməli qoyulur və bu prosesdə sözügedən ölkələr Qərb və ərəb-sünni koalisiyalarının planlarını birgə zərərsizləşdirmək planı üzərində çalışırlar.
 
Onların hərbi-texniki sahədəki əməkdaşlıq planı get-gedə genişlənir. Ehtimal var ki, bu iki dövlətin təşəbbüskarlığı nəticəsində yaxın gələcəkdə yeni müttəfiqlik konfiqurasiyası yaransın.
 
Hər halda Rusiya, İran, İraq, Livan (Hizbullah qismində) artıq həmahəng tədbirlər gerçəkləşdirirlər ki, Qərbin İsrail ilə ərəb monarxiyalarına verdiyi dəstək strateji üstünülüyə çevrilməsin”. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol