• $
  • €
  • ₽
  • ₺
  • £

Çexiya prezidenti “antiislam mitinqi”nə qatıldı

Çexiya prezidenti “antiislam mitinqi”nə qatıldı
18.11.2015 19:21
O "qatillər və dini nifrət mədəniyyətinə” malik miqrantlar barədə ayıq-sayıq olmağa çağırıb.

Çexiya prezidenti Milos Zeman "İslama Qarşı Blok” adlanan təşkilatın etiraz mitinqində çıxış edib.

O "qatillər və dini nifrət mədəniyyətinə” malik miqrantlar barədə ayıq-sayıq olmağa çağırıb.

Noyabrın 17-də keçirilmiş mitinq, 1989-cu ildə kommunist rejiminə son qoymuş "Məxmər inqilabı”nın ildönümü gününə təsadüf edirdi.

Mitinqə toplaşanların əllərindəki plakatlarda "Biz Praqanın Parisə çevrilməsini istəmirik” şüarları yazılmışdı.

Müxbirlər bildirirlər ki, Çexiyada bir çoxları müsəlman miqrantların axını ilə terror hədələrini eyniləşdirirlər.

Milos Zeman öz çıxışında İslam fundamentalizmindən doğan təhlükələri pisləyib.

Prezidentin çıxışı alqışlarla müşayiət olunub.

Çexlər ksenofob deyillər

Zeman deyib ki, çexlər ksenofob deyillər və bundan əvvəlki qaçqınları qəbul ediblər. Lakin o əlavə edib ki, əvvəllər gələn qaçqınların mədəniyyəti Avropa dəyərləri ilə uyarlı idi və "qatillər və dini nifrət mədəniyyəti” deyildi.

"Mən bilirəm ki, bu miqrantların əksəriyyəti gənc və gümrah adamlardır. Təəccüb edirəm: bu adamlar niyə öz vətənlərini İslam Dövlətindən azad etmək üçün vuruşmurlar” – deyib Çexiya prezidenti.

Prezident həmçinin qaçqınların müxtəlif ölkələrdə yerləşdirilməsi üçün Avropa İttifaqı tərəfindən icbari kvotanın verilməsinə qarşı olduğunu bildirib.

Zeman mövqeyini dəyişməyəcək

Bu arada BMT insan haqları komissarı Zeyd Raad al-Husseyn Çexiya prezidentini islamofob bəyanatlarına görə tənqid edib.

O deyib ki, Çexiya miqrantlara münasibətdə insan haqlarını kobud şəkildə pozur, bu ölkəyə pənah gətirənlər, uşaqlar da daxil, 90 gün müddətində "qaçqın düşərgələrində”, ağır şəraitdə saxlanır.

BMT komissarı deyib ki, Çexiyaya gəlmiş miqrantların üst-başı axtarılır və "onların öz həbslərinin xərcləri” üçün ciblərindəki pullar əllərindən alınır.

Lakin prezident Zemanın sözçüsü bu tənqidləri təkzib edərək deyib ki, "prezident İslam təməlçiliyi təhlükəsi barədə çoxdan xəbərdarlıq etmişdi və bu gün də öz mövqeyini dəyişməyib və xarici təzyiq altında dəyişməyəcək”. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol