• $
  • €
  • ₽
  • ₺
  • £

İlk genetik modifikasiya olunmuş məhsulun satışına icazə verildi

İlk genetik modifikasiya olunmuş məhsulun satışına icazə verildi
23.11.2015 16:11
ABŞ-da ərzaq mallarına nəzarəti həyata keçirən rəsmi qurum deyir ki, genetik modifikasiya olunmuş qızıl balıq zərərli məhsul deyil.

Qurum ilk dəfə genetik modifikasiya olunmuş balığı satmaq və istifadə etməyə icazə verib. Bu cür istisna hal qızıl balığa aid edilib.

Qurum mütəxəssisləri bu nəticəyə gəliblər ki, təbii üsuldan iki dəfə daha sürətli böyüyən genetik modifikasiya olunmuş qızıl balıq zərərli məhsul hesab olunmur və öz keyfiyyətinə görə dənizdə yaşayan qızıl balıqdan fərqlənmir.

AquaAdvantage adı verilmiş sözügedən balığı Massaçusets ştatında "AquaBounty” adlı şirkət istehsal edir. Uzun illərdir ki, bu şirkət məhsulunu bazara çıxarmaq uğrunda mübarizə aparır.

XÜSUSİ YARLIK OLMAYACAQ

ABŞ Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi bildirib ki, "AquaBounty”nin məhsulu təbii məhsuldan fərqlənmədiyinə görə ona heç bir xüsusi yarlık vurulmayacaq.

"AquaBounty”yə genetic modifikasiya olunmuş qızıl balığı satışa çıxarmağa iki il vaxt lazım olacaq, çünki hesablamalara görə, geni dəyişdirilmiş balıq məhz bu müddətə yetişdiriləcək.

"AquaBounty”nin dediyinə görə, onun yetişdirdiyi balıqlar bazara təbii məhsulda tələb olunandan iki dəfə az vaxta çıxarılacaq, həm də vaxtla yanaşı, əlavə resurslara da qənaət olunacaq.

Genetik modifikasiya olunmuş məhsullara qarşı çıxan bir qrup fəallar isə bunun ətraf mühit və ictimai sağlamlığa zərbə vuracağından narahat olduqlarını bəyan edib. Onlar arasında sözügedən məhsulun satışına qarşı çıxacaqlarını deyənlər də var. Bəzi pərakəndə ticarətçilər də bildiriblər ki, bu cür qızıl balıqları öz piştaxtalarına qoymayacaqlar.

İstehsalçı isə əmin edir ki, təqdim etdiyi məhsul tamamilə sağlamdır və onun istehsalı zamanı ətraf mühitə, o cümlədən okeana heç bir ziyan vurulmur.

Bildirilir ki, "AquAdvantage” adı altında bazara çıxarılacaq balıqlar yalnız Kanada və Panamada yaradılmış balıqyetişdirmə zavodlarında istehsal olunacaq. Yetişdirilən bütün balıqlar dişi və steril olacaq.

Daha öncə də hökuməti geni dəyişdirilmiş qızıl balığa yaşıl işıq yandırmağa çağıran Purdue Universitetinin professoru Dr. William Muir deyir ki, sözügedən qızıl balığın insan sağlamlığı və ətraf mühit üçün risk yaratmasına dair "tutarlı sübut” yoxdur.

NARAZILAR MƏSƏLƏNİ MƏHKƏMƏYƏ DƏ ÇIXARACAQLAR

Muir də daxil 80 alim hələ 2014-cü ildə prezident Barack Obamaya administrasiyasının bu təşəbbüsü dəstəkləməsi üçün müraciət yollayıbmış.

ABŞ Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsinin açıqlamasına görə isə, "AquaBounty” qurum ilə bu yöndə danışıqları 1990-ci illərin ortalarından aparır.

İndi şirkətə yaşıl işıq yandırılsa da, bir qrup istehlakçı və ekoloji qruplar da öz aralarında bu təşəbbüsün qarşısını almağı götür-qoy edirlər.

"Food & Water Watch”un director assistantı Patty Lovera deyir ki, qrup ABŞ

Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsinin bu qərarı ləğv etməsi üçün əlindən gələni edir, Konqres üzvləri ilə danışıqlar aparır. Qrup mülki iddia qaldırmaqla bu məsələni hələ sözügedən məhsul bazara çıxmamış məhkəmə yolu ilə həll etməyi düşünür. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol