• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Türkiyə məhsullarının keyfiyyətindən narazı olduğunu açıqladı

Rusiya Türkiyə məhsullarının keyfiyyətindən narazı olduğunu açıqladı
26.11.2015 16:20
 Rusiyanın istehlakçıların hüquqlarının qorunmasına nəzarət üzrə federal idarəsi ("Rospotrebnadzor") Türkiyə istehsalı olan yüngül sənaye məhsullarının, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin keyfiyyətindən narazıdır.
 
APA-nın RIA "Novosti”-yə istinadın verdiyi məlumata görə, İdarədən bildiriblər ki, 2015-ci il boyu yüksək risk qrupuna daxil edilən məhsulların yoxlanılması həyata keçirilib: "İl boyu aparılan yoxlamalar nəticəsində yüngül sənaye məhsulları, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin normativ tələblərə cavab verməməsi aşkar olunub. Hər bir fakt üzrə Rusiya qanunvericiliyinə uyğun tədbir görülür və məhsul yüksək risk qrupuna daxil edilir”.
 
Məlumatda o da bildirilir ki, "Rospotrebnadzor" keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməmə halları müşahidə olunduğu üçün Türkiyə məhsulları üzərində gücləndirilmiş nəzarət həyata keçirir. Ət məhsulları, su bioloji resursları, qənnadı məmulatları, meyvə, tərəvəz və quru meyvə yüksək risk qrupuna daxil edilib.
 
"Kommersant” isə yazır ki, Rusiya yaxın vaxtlarda Türkiyə məhsullarının Rusiyaya daxil olmasının məhdudlaşdırmaq niyyətindədir. Məhdudiyyət xüsusilə kənd təsərrüfatı məhsulları və avtomobillərin ehtiyat hissələrinə aid ediləcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol