• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya Suriya müharibəsinə hazırdır

Britaniya Suriya müharibəsinə hazırdır
28.11.2015 10:49
Birləşmiş Krallığın baş naziri David Cameron parlamentdə Suriyada hava kampaniyasına başlanılmasına dəstək üçün kifayət qədər səsə malikdir

Britaniya mətbuatı yazır ki, ölkənin Suriya müharibəsinə qoşulmasının zəruriliyinə şübhə edən mühafizəkar millət vəkilləri mövqelərini dəyişiblər və parlament səsverməsində baş naziri dəstəkləyəcəklərini bildiriblər.

Parlament səsverməsi gələn həftənin cümə axşamı günü keçiriləcək. Rəsmi London bildirib ki, parlamentin İŞİD-in bombardmanına icazə verən qanunu qəbul edəcəyinə əmindir.

Bu qanunun parlamentdən keçəcəyi hələ ötən həftə şübhə doğururdu, çünki müxalif leyboristlərlə yanaşı, partiyadaxili "mühafizəkar qiyamçılar” da onun əleyhinə səs verəcəklərini bildirirdilər.

İndi artıq baş nazir bu etirazçı qrupu ölkənin Suriyadakı hava kampaniyasına qoşulmasının zəruriliyinə inandıra bilib.

Cameron əmindir

2013-cü ildə Mühafizəkarlar Partiyasından olan "30 üsyançı millət vəkili” parlament səsverməsi zamanı baş naziri pərt qoymuşdu.

Cümə günü Maltada Britaniya Birliyi ölkələrinin başçıları ilə görüşdə David Cameron Londonun İslam Dövləti adlanan təşkilata qarşı bombardman kampaniyasına qoşulacağına qəti inandığını deyib.

Cənab Cameron parlamentdə 12 səs çoxluğuna malikdir və buna görə də onun öz partiyasından olan millət vəkillərinin mövqeyi son dərəcə mühümdür.

Mühafizəkarlar Partiyası bildirib ki, hazırda baş nazirin təşəbbüsünə qarşı çıxan cəmi 10 mühafizəkar var. Bu isə o deməkdir ki, Suriya münaqişəsinə qoşulmaq qərarı haqqında qanun leyboristlərin dəstəyi olmadan da qəbul edilə bilər.

Hollande Britaniya parlamentinə müraciət edib

Ümumiyyətlə, son aylarda Britaniya ictimaiyyətinin ölkə silahlı qüvvələrinin Suriya münaqişəsində iştirakına münasibəti kəskin dəyişib. İndi britaniyalıların əksəriyyəti Kral Hərbi Hava Qüvvələrinin İŞİD-i bombalamasını dəstəkləyir.

Bu arada Avropa siyasətində nadir hadisələrdən biri baş verib. Fransa prezidenti Francois Hollande müharibə qanununu dəstəkləmələri üçün Britaniyanın millət vəkillərinə birbaşa müraciət edib.

Britaniyanın Suriya münaqişəsinə müdaxilə etməsini istəməyənlərin əsas arqumenti Paris hücumlarına bənzər terror aktının Londonda da baş verməsi ehtimalı idi.

David Cameron ictimai rəyi elə bu arqumentin özü ilə dəyişə bilib.

Baş nazir əmindir ki, "İŞİD şərini onun öz yuvasında əzmək lazımdır”. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol