• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır
28.11.2015 15:57
Rusiyanın "Su24” hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar Rusiya Federasiyası hökuməti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-la əməkdaşlığı dayandırmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə "İzvestiya” qəzeti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski federasiyanın Altay, Başqırdıstan, Saxa, Tatarıstan, Tuva, Xakasiya respublikalarının hökumətlərinə TÜRKSOY-la əlaqələrin dərhal dayandırılması barədə teleqram göndərib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, "Su24” insidenti ilə bağlı Türkiyə üzr istəmədiyi üçün Rusiya TÜRKSOY-la razılaşmanı dondurmalıdır. 

Qeyd edək ki, Rusiya təşkilata daxil olmasa da, onun tərkibində olan türkdilli respublikalar TÜRKSOY-da müşahidəçi statusuna malikdir. 
 
Türkdilli ölkələri birləşdirən TÜRKSOY 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin iştirakı ilə Almatıda yaradılıb. Təşkilatın əsas qayəsi türk xalqlarına məxsus ümumi mədəni irsin gələcək nəsillərə çatdırılmasıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol