• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya öz türkdilli xalqlarından “Türkiyədən küsməyi” tələb etdi

Rusiya öz türkdilli xalqlarından “Türkiyədən küsməyi” tələb etdi
02.12.2015 14:16
Rusiya mədəniyyət nazirinin məktubunda Dağlıq Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiyaya Türksoy təşkilatı ilə əlaqələri kəsmək tapşırılıb

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ölkənin türkdilli subyektlərinə - Dağlıq Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiyaya Türkiyənin "Türksoy” (Türk Kültür ve Sanatları Ortak Yönetimi ) mədəniyyət təşkilatı ilə bütün əlaqələri dərhal kəsməyi tapşıran hökumət məktubunu göndərib.

"İzvestiya” qəzetində dərc olunduğu bildirilən məktubda deyilir ki, Rusiya Federasiyasının türkdilli subyektləri Türkiyə təşkilatı ilə bütün əlaqələri kəsməlidirlər.

Maraqlıdır ki, nazir Medinskinin "təklif” adlanan məktubunda "əlaqələrin dərhal kəsilməsindən” söhbət gedir.

Türk mədəniyyətinin təbliği və inkişafı ilə məşğul olan bu təşkilat keçmiş sovet respublikalarıAzərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda da fəaliyyət göstərir.

Türkiyənin hegemonluğuna qarşı

Bu təşkilat 1993-cü ilin 12 iyulunda Almatıda təsis edilib və ona 14 ölkə və muxtar ərazi üzvdür.

Rusiya Mədəniyyət Nazirliyindən gələn "direktiv-təklif”dən dərhal sonra Başqırdıstan Türksoyla bütün əlaqələri kəsdiyini elan edib.

Xakasiya və Tuva da bundan sonra sözü gedən təşkilatla heç bir əlaqəyə girməyəcəklərini bəyan ediblər.

Bu arada Altay müğənnisi Emil Tolkoçekovun "Türkvizion” mahnı yarışına qatılmayacağı elan edilib.

İA REGNUM agentliyinə müsahibəsində politoloq Anatoli Savostin bu qərarın vaxtında verildiyini bildirib.

Politoloq söyləyib ki, Türksoy da Soros fondu kimi Rusiyada öz maraqlarına uyğun siyasət yürüdür.

O deyib ki, bu qərar Türk dünyasında Türkiyənin hegemonluğuna son qoyacaq.

Bu arada Türkiyədə təhsil alan 100-dək rusiyalı tələbə geri çağrılıb. Bu tələbələrin də böyük əksəriyyətinin "türkdilli muxtar respubklikalardan” olduqları güman edilir.

Türkiyənin acığına 

Rusiyada ədəbiyyatla bağlı bir siyasi qərar da çıxarılıb.

Türkiyə hökumətinin kəskin tənqidçisi kimi tanınan nobelçi yazar Orhan Pamuka Sankt Peterburq Universitetinin fəxri professoru titulu verilib.

Türkiyə ilə mədəniyyət və ədəbiyyat əlaqələrinə gəlincə isə, belə münasibətlər türkdilli xalqlara hələ Stalin zamanında qadağan edilmişdi.

Türkdilli xalqların Türkiyə ilə bağlarının kəsilməsi üçün Azərbaycan dili də daxil bütün başqa türk dilləri 1930-cu illərdə kiril əlifbasına keçirilmişdi.

Bundan az sonra SSRİ-nin türkdilli respublikalarında on minlərlə yazıçı, alim və sənətçi "pantürkist” damğası ilə repressiya olunmuşdu. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol