• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada 95 yaşlı nasist məhkəmə qarşısında

Almaniyada 95 yaşlı nasist məhkəmə qarşısında
02.12.2015 17:37
Almaniyada 95 yaşlı kişi nasistlərə vasitəçilik ittihamı üzrə məhkəmə qarşısına çıxacaq. Prokurorluğun məlumatına görə, onun Osventsim düşərgəsində 3681 nəfərin ölümündə əli var.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Almaniyanın Rostok şəhər məhkəməsinin nümayəndəsi Kristine Bem bildirib.

Şübhəli bilinən şəxs ölüm düşərgəsində 1944-cü ilin avqust ayının 15-dən sentyabr ayının 14-nə qədər sanitar işləyib, bununla yanaşı, o, SS - Milli-sosialist alman fəhlə partiyasının (MSAFP) hərbi dəstəsinin üzvü olub.

Almaniyada son illərdə nasist olduğu ehtimal edilən şəxslərin günahını sübut etmək asanlaşıb. Daha öncə prokurorluğa ittiham edilən şəxslərin konkret olaraq qətl hadisələrində iştirakı sübut olunmalı idi, amma şahidlərin olmaması ucbatından bunu etmək praktiki olaraq mümkün deyildi.

İndi isə qətlə dair dolayı materiallara da malik olmaq yetərlidir. Müvafiq hüquqi çıxarış Con (İvan) Demyanyukun işi üzrə hökm çıxarıldıqdan sonra yaradılıb. O, 28 min insanın qətlində vasitəçilik etməkdə ittiham edilirdi.

Rostokdan olan 95 yaşlı müttəhimin işində isə qətldə vasitəçiliyinin dəlili onun düşərgədə xidmət etməsinə dair məlumat olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol